Improvisasiya

Get Adobe Flash player

понедельник, 18 июля 2011 г.

Oynadırsan bu dünyanı

◊ Oynadırsan bu dünyanı

Oynadırsan bu aləmi.
Qoca dünya,dəyişmirsən,
Sevinc alib,verdin qəmi.
Sirlərini bölüşmürsən.
Tək tutursan zili,bəmi.

Saz da səndə,söz də səndə.
İpək səndə,bez də səndə.
Yaxşı görən kor göz səndə.
Gölməçəndə batır gəmi.

İncimirəm,mən kiməm ki,
Sən çəkirsən naxış,rəngi.
,,Vağzalını,,edib,,Cəngi,,
Oynsdırsan bu aləmi...

İlham İdrisoğlu 08.05.2010 Brest

Комментариев нет:

Отправить комментарий