Improvisasiya

Get Adobe Flash player

понедельник, 18 июля 2011 г.

Cığırlar yanına qaytarır məni.

Cığırlar yanına qaytarır məni.

Zamanın hökmünə təslim eyləyən
Cığırlar yanına qaytarır mənu.
O gün ayağıma çınqıl çiləyən
Cığırlar yanına qaytarır mənu.

Gözəlmiş dünyamız,nə mənalıymış,
Bu eşqin xətrinə yaşamalıymış.
Bir gün ayrılığı ortaya salmış
Cığırlar yanına qaytarır məni.

Getmirdi ayağım,bir zindan idi,
Hər addım könlümə bir tikan idi.
Baxdı gözlərimə,səbri tükəndi
Cığırlar yanına qaytarır məni.

Dünən sonsuzluğa,boşluğa gedən,
Ümidi sındırıb,ömrü puç edən,
Bu səhər İlhamın tutub əlindən,
Cığırlar yanına qaytarır məni.

İlham İdrisoğlu 06.09.2010 Brest

Комментариев нет:

Отправить комментарий