Bu dünyanı tərk eləyim əlində...
,,Sən mənimsən,,kəlməsilə dilimdə,
Son nəfəsdə görüşünə gələndə,
Bircə arzu gizləmişdim qəlbimdə
Bu dünyanı tərk eləyim əlində...
Neçə kərə ulduzlardan sormuşam:
,,Günahım nə,belə tənha qalmışam,
Əzzəl gündən ürəyində yoxmuşam,
Məhəbbəti dolaşırmış dilində,,
Sənsiz cahan dar divarlı qəfəsdi.
,,Gəl,,-söylədin,qanad açdım,tələsdim.
Yuxu sandım,inanmadım,hey küsdüm,
Keçib getdi gözün dolub güləndə.
İlham İdrisoğlu Brest 23.08.2010
Комментариев нет:
Отправить комментарий