Üzdəniraq dost
Bu dünyada gərək dostu,görmüşəm
Süfrəsində yemək olmur çörəyi.
Aldanmışam,sirlərimi demişəm,
Dar günümdə kövrəlməyib ürəyi.
Kəlməbaşı yerli-yersiz and içib,
Hey danışıb sədaqətdən don biçib.
Gün dolanıb,həftə ötüb,ay keçib,
Axtarmayıb olmursanca gərəyi.
Gəl,oğulsan sonra,tapa biləsən,
Görüşəndə günahkarsan hələ sən.
Vay o günə borcu geri istə sən,
Ağridar başını dərdi,gileyi.
Qulaq asın,deyiləsi sözüm var,
Bicliyindən duza düşür qarğalar...
Qardaşlar,bacılar,bəylər,xanımlar!
Aldatmasın sizi şeytan kələyi!
İlham İdrisoğlu Brest 27.06.2010
Комментариев нет:
Отправить комментарий