Gözlərim dağa baxdı.
Çəmənə,bağa baxdı.
Ayrılanda Vətəndən
Yaşı sel kimi axdı...
Saçları bəyaz dağlar,
Quzeyi ayaz dağlar,
Gizlənmə duman-çəndə
Seyr edim bir az, dağlar...
A dünya,qəmli dünya
Kədərli,dəmli dünya.
Sevincdən ,ya kədərdən
Gözümüz nəmli,dünya?!
Mən aşiq bu dünyaya.
Mən aşiq bu dünyaya.
Qarışıq bu dünyaya.
İblis kölgə salmasa,
Çatar işıq dünyaya.
Gecələr uzun çəkir.
Bulud ay uzun çəkir.
Nə ulduzlar gizlənir,
Nə ınsan gözün çəkir ...
İblis kölgə salmasa,
Çatar işıq dünyaya.
Gecələr uzun çəkir.
Bulud ay uzun çəkir.
Nə ulduzlar gizlənir,
Nə ınsan gözün çəkir ...
Комментариев нет:
Отправить комментарий