Anam yadIma düşdü,
Gözlərim yaşla doldu.
Qönçələnən gül idi,
Vaxtsız -vədəsiz soldu.
Anam yadıma düşdü,
Ürəyim qürrələndi.
Həqiqəti duyunca,
Saçıma qar ələndi
Anam yadima düşdü,
İşıqlandı çırağım.
,,Hardasan?,,-ixtiyarsız
Pıçıldadı dodağım.
Anam yadıma düşdü.
Gülüşü şirin anam .
Dəniz tək geniş qəlbli,
Dərya tək dərin anam.
Anam yadıma düşdü.
Tut dibində yay günü
Açdı bayatı ilə
Min arzulu könlünü.
Əzizim, oğul,,- dedi
Bu dünya nağıl-dedi
Hər şey gəldi-gedərdir.
Tükənməz ağıl-dedi...
Hər şey gəldi-gedərdir.
Tükənməz ağıl-dedi...
Anam yadıma düşdü
Varlığımın əzəli.
Bayatılı,laylalı
Azərimin gözəli...
Anam yadima düşdü
Gözlərim yaşla doldu.
Gör nə qədər xoşbəxtəm
Göz yaşım nəğmə oldu...
,
,
İlham İdrisoрlu 28 sentyabr 2009 Brest
Комментариев нет:
Отправить комментарий