Improvisasiya

Get Adobe Flash player

среда, 20 июля 2011 г.

Düşəndə

Küsmə,qardaş,etibarsız dünyadır.
Şah da qula möhtac olur,düşəndə.
Ulu palId,qoca çinar sayılmır
Qaratikan ağac olur,düşəndə.

Üzdə deyib,ürəyində unutma.
Səadəti dövlət üstdə yaratma
Boş söhbətin arxasını uzatma.
Bir söz başa qaxac olur,düşəndə.

İlham görüb dağ baş əyir təpəyə
Mahlic gülür, rişxənd edir ipəyə.
Bürünərək yaraşıqlı örpəyə.
Ala qarğa turac olur düşəndə.

İlham İdrisoğlu      Moskva 1992

Комментариев нет:

Отправить комментарий