Improvisasiya

Get Adobe Flash player

воскресенье, 19 мая 2013 г.

İllərlə dərdimi çəkən ürəyim.

Yenə qayıdıram ata yurduma,
Ürəyim gizlincə hey inildəyir.
Gedirik,qürbətdən,bir ürək,bir mən.
Körpəlik illərim məni səsləyir.

Yenə o dağlardan alacaq nəfəs.
İllərlə dərdimi çəkən ürəyim.
Yenə təndir üstə xumarlanacaq.
Babamdan yadigar isti çörəyim.

Yenə səhər-səhər qulaqlarıma
Gələcək nəğməsi tənha bülbülün.
Şirin yuxularda hey duyacağam
Ətrini utancaq tək qızıl gülün.

Yenə yandıracaq ayaqlarımı
Babamin gəztiyi o isti torpaq.
Xəyalar çəkəcək ötən illərə.
Deyəcəklər gedək bənövşə tapaq.

O kolun dibində yoxdur bənövşə.
Bilirəm,zamanla köçür güllər də.
Bir qürbət nəfəsim,hicran harayım.
Qaldı bu vətənsiz,soyuq illərdə.

Deməyin,sormayın,kimdir günahkar.
Tale qələmini kim yoza bilər?
Bax belə dağınıq,həm də ağrılı,
Keçir ömrümüzdən qayıtmaz illər.

İlham İdrisoğlu Brest 19.05.2013

Комментариев нет:

Отправить комментарий