Günahlar insanı eyləyir
Qoy incisin ,küssün
cavab gözləyən.
Axı ürəyimiz bezib yalandan.
Dostluq o insanla əbədidir
ki,
Dar gündə tutacaq gücsüz qolundan.
Söylə həqiqəti,qaçma
yolundan.
Günahlar insanı aciz eyləyir.
Sən mənə,mən sənə deməyin
hərgah.
Səni tənqid edən xoş gün diləyir.
Yalan şəkərdir ki,çisgini
gözlər
Əriyib gedəcək xırda
yağışda.
Həqiqət qayadır,sınmaz bir
daşdır.
Şaxtaya,soyuğa dözəcək
qışda.
Bir kəlmə xoş sözün dalınca
qaçma.
Dustağı olma gəl yalan
sözlərin.
Unudub puç etsən öz
mənliyini
Gəzəcək yaltağı daim
gözlərin.
Axtarma mənfəət işi
düşəndən.
Tanrı qismətinə yazanla
barış.
Çəkilib dayanma,baxma
kənardan.
Elninin dərdinə,sərinə
qarış.
Bir də diqqət eylə,zalim
dünyadır.
Verdiyi çörəyi başa qaxan
var.
Dilinin açarı özxündə
olsun.
Kəlmənə söykənib evlər
yıxan var.
Saxta gülüşlərin olma
xəstəsi.
Tərif ağaçının kökü
dayazdır.
Gündə əlli dəfə can-can
deyəni
Bağrına basma gəl,qəlbi
ayazdır.
İlham İdrisoğlu Brest
01.10.2012.
Комментариев нет:
Отправить комментарий