Improvisasiya

Get Adobe Flash player

вторник, 16 октября 2012 г.


                                Cehiz yastığı

      Bu əhvalat orta məktəb illəində baş verib.Rəhmətlik anamla hər səfərimiz mütləq bir məcara ilə qurtarırdı.O sadəlövh,mən də yanına düşüb getməyi xoşlayan.Hərdən özüm darıxırdım məcarasız.Bilmirəm nədəndir,hər yerə də aparırdı və sonra mən olanları evdəkilərə danışıb hamını güldürəndə,yüngülclə pərt olurdu.,,Axırıncı dəfə səni özümlə aparıram,,deyərdi.Bu kəlmədən sonra bütün ailə ucadan gülüşər,anamda bizə qoşulardı.
    Bax o ,,axırıncı dəfələrdən,,biri də gəlib çıxdı.Bir neçə öncə gün elan olunddu ki,gedirik Gəncəyə.Səfərimiz işgüzardır-yastıq aparırıq satmağa və nə isə alasıyıq ev üçün.Məqsəd aydın olduğu kimi,mənim də bir neçə planlarımın üstündən sakitcə ötməliydik.Eh,kənd uşağının nə böyk arzuları ola bilərdi?Ya təzə şalvar,ya da ki,köynək.Nə isə,özümü yığışdırdım.Anamı incik görəndə həmişə pis olurdum.İzaholunmaz bağlılıq hər şeyə üstün gəlirdi.
    Gün gəldi,ayaqqabılarımın üstünü möhkəm çəkib, iri şala bükülmüş yastığı çiynimə atdım.Saçlarını səliqə ilə darayıb yığmış,yaylığını əynində xırda güllü donunun üstündən çiyninə salmış gözəl anamın yanına düşüb növbəti məcaranın görüşünə yollandım.
    Gəncədə avtobusadan düşən ki,bir qadın bizə yaxınlaşdı.
-Sabahınız xeyir.
-Sabahınız xeyir,ay bacı-anam da meribanlıqla xanımı salamladı
-Soruşmaq ayıb olmasın,gözü ilə çiynimdəki bağlamaya işarə etdi,göürəm içindən yastıq küncü görünür.Almısınız,yoxsa satmağa gətirmisiniz?
    Gözlərim işıqlandı,canım elə burdaca qurtaracaq.Düzü utanırdım,bığ yeri tərləmiş oğlan çiynində bağlama aparır.Deyəsən bu gün mənim günümdür.İndi satarıq,sonra da arxayın anamdan bir-iki manat alıb başımı qataram.Onunçün deyiblər,sən saydığını say,gör fələk nə sayır.Görünür niyyət eləmək mənə düşmürmüş.Odur ki,Tanrı bir az səbirli olmağa vadar etdi...
-Satıram-anam ciddi cavab verdi.
-Neçəyə verirsən?-qadın əl zənbilini bir qounun üstündən o birinə atdı.
-Altmış manata...
-Neçəyə!!??-qadın anamın sözünü ağzında qoydu...
-Altmış manata,ay bacı!!-anamın da səsi ciddiləşdi.
-Ay bacı,burda nə var ki,od qiymətinə verirsən!-qadın əynimizə baxıb bizi avvam kimi qəbul etdi.
-Qaz tükü,özü də seçilmiş !!-yavaş-yavaş anladım ki,bu heç baş tutan sövdaya oxşamır.Heç söhbətləri alınmırdı.
  Bağlama əlimdə,yerə qoymaq olmazdı,bilirdim.Çünki şal torpağa bulaşardı.Durub söhbətin nə ilə qurtaracağını gözləməkdən başqa çarəm qalmadı..Çox çək-çevirdən sonra,qadın sakit səslə:
-Əlli səkkiz manat,allah xeyir versin.Qız köçürürəm.Cehiz düzəldəcəm.
 Bir anlıq sevincimə anamın qəti kəlməsi son qoydu.
-Altmış manat,ucuz verməyəcəm!!-bu qəti sözdən sonra bağlamanı götürüb aralaşdım.Anam qəti adam idi.Satmır,deməli səbəbi var.Burada iki manatdan söhbət getmirdi.Səbəbi vardı.Yaxşı ki,satmadıq.Bir saatdan sonra gündə beş belə yastıq satmaq arzusu ilə Gəncəyə gələdrim.Allah hamınızı güldürsün.Görün nə gəldi başımıza...
   Bazar adamla dolu idi.Yerlər tuulmuşdu.Odur ki,çıxışa yaxın asfaltın üstündə əllərinə keçən qutu,kağızdan piştaxta düzəldib al-ver edənlər arasında yer axtarmalı olduq.Tərxun,kişniş,göy soğan satan bir qadın yanında dayanmaq istəyimizi mehribanlıqla qəbul etdi.Anam tələsik evdən götürdüyümüz qəzeti açıb yerə sərdi.Bağlamanı qəzetin üstünə qoyub açanda qonşu qadının qarşısındakı qəzetin üstünə kiloya yaxın baş soğan da gözümə çaldı.Kənd adamının pula həmişə ehtiyacı olur.Odur ki,xırda-paranı satmaqda bir eyib görmür.Yanındakı məndən xeyli kiçik oğlu özündən razı nə isə yeyirdi.İndi təsəvvür edin,göy-göyərti,iri yastıq,ağzını da bir az açmışdıq ki,almaq istəyənlər tükü yoxlaya bilsin.Külək yüngül qaz tüklərini yastıqdan çıxarıb yandan ötüb-keçənlərin üstünə atsa da narazılıq edənlər olmadı.Anam kənddən həmişə pendir götürərdi və mütləq şəhər çörəyi alıb isti-isti bir sakit yerdə yeyərdi.Ləzzəti ayrı idi.Bilirdim.Odur ki,tələsik olan-olmazı ortaya töküb qonşu qadının da göy-göyərtisindən yeyə-yeyə söhbət edirdilər.Bizə də təklif etdilər.İmtina etdik.Uşaq boyu çıxmadığından xırda görünürdü.Nədənsə,,Balaca,,çağırmaq gəldi ağlıma.Bir azdan  əlindəki paxlavanı yeyib qurtarandan sonra  o da maraqla üzümə baxıb gülümsəyirdi.Hardan biləydi bu günahsız körpə ki,bir saatdan sonra anası özü də istəmədən paxlavanın ləzzətini burnundan tökəcək.
  Nə isə,gələn-gedən göydən alır,yerdə qalanlarını anamla qonşu qadın pendir-çörəyn gözünə qatıb söhbət edə-edə iştahla yeyrdilər.Göy-göyörti,pendir kənddən gətirilib,şəhərdə dadlanıb.Balaca anası göy satdıqca həvəslə yaxınlaşıb baxır,anası pulu alandan sonra gəlib dururdu yanımda...Gözləyirdik.Yastığı dindirən,soruşan yox idi.
   Hardansa səhərki qadın peydə oldu.Bizi görüb ayaq saxlayanda düşündüm ki,mütləq alacaq,canım bu yükdən qurtaracaq.Yenə başladılar söhbətə.İndi alıcı qadın deyir ki,bu yastıq üç kilodan yüngüldür.Anam deyir yox,düz üç kilodur.Mən yazıq hardan bilim ki,zülümdəki mənəm.Nəhayət,yastığı çiynimə yükləyib gerdirik tərəzidə çəkməyə,özü də hara?...Bəli kartof,soğan satılan yerə.İnsanları yarıb keçmək olmur.Birini yastıqla,birini çiynimlə itələyə-itələyə gedirəm.Hara gedirəm,özümə də bəlli deyil.Anamla alıcı qadın da səssiz-səmirsiz arxamca gəlirlər.Necə oldusa yastıq əlimdə silkələndi.Bir anda qaz tükləri havada uça-uça kiminin ağzına,kiminin gözünə,kiminin üstünə dolmağa başladı.Pərt oldum,amma üzə vurmadım.Yolumu kəsən bir ağsaqqal kişi yastığı hara apardığımı soruşdu.Çəkmək istədiyimizi eşidəndə zarafatla zərgərlik dükanına yollanmağı məsləhət gördü.Hamı gülüşdü.Həmin anda elə bildim dünya gülür mənə.Yastıöın ağzını əlimlə möhkəm sıxıb arxaya baxmadan camaatı yarıb keçdim.Yaman tutmuşdu bu kinayə məni.Özümdə deyildim.
-Gəl gedək-Anamın səsi məni ayıltdı.Özü də pərt olmuşdu.Sanki balaca qızcığaz idi.Az qalırdı ağlasın.Üzünə baxanda nədənsə məni gülmək tutdu.Alıcı xanım yoxa çıxmışdı.Xeyli güldük.Sonralar deyirdi,istəmirdim o qadına sataq.Yaxşı adam deyildi.Xeyir görməzdik o pullardan...Nə bilim,uşaq idim.İndi bilirəm ki,xeyirsizlər var dünyada.Kefini də pozacaqlar,bərəkəti də itirəcəklər.Bir sözlə qayıtdıq kəndli qadının yanına.
  Bizi görüb sanki,fərəhləndi.Heç nə soruşmadan anamla nə haqdasa söhbət etməyə başladı.Təzə balaca dostum da yanımda dayanıb əli çibində camaata baxırdı.Su istədi.Gedib qazlı su aldıq.Xoşuna gədiyindən,birini də istədi.Nəhayət qayıtdıq analarımızın yanına.
  Balaca aralıdan başı alverə qarışan anasını görüb sevinclə yanına qaçdı.Xeyli göyərti almış orta yaşlı bir kişi baş soğanın qiymətini soruşurdu,həmin o qəzetin üstündəki bir kilonun.
 -Bir manat iyirmi qəpiyə-Qadın özündən razı halda əlindəki təzə tərxun dəstəsinin üstünə əli ilə su səpə-səpə cavab verdi.
 -Bacı,soğan çox xırdadır,ucuz olmaz?
 -Bir manat on qəpik-qadının səsində son qiymətin qətiliyi hiss   olunurdu.
 -Vallah çox xırdadırlar-alıçı kişi elə bil qəsdə girmişdi...
 -Bir manata-Balaca elə bil anasına od vurdu.Tərxun dəstəsini sulaya-sulaya bir övladına baxdı,bir alıcıya.Deyəsən canını dişinə tutub bu qiymətlə də razılaşdı.Alicinin susmağı ağlı kəsməz uşağı çaşdırdı:
 -Dayı,doxsan qəpiyə götür...
Təzə sulanmış tərxun dəstəsi balacanın dodaqlarına süpürgə kimi çırpıldı.Yüngülcə.Ana övladının özbaşınalığına son qoymaq üçün dərs vermək istəyirdi.Balaca oğlan buna bənd imiş kimi hönkürdü.Anam bilmirdi gülsün,bilmirdi ağlasın.Alıcı kişi günahını yumaq istəyirmiş kimi tələsik iki manatı cibindən çıxarıb qadına uzatdı.Soğanı qəzet qarışıq yığışdıraraq camaatın arasında gözdən itdi.Qadın hər şeyi unudub balasını bağrına basdı.Düzü hamı çaş-baş qalmışdı.Anasına sıxılıb ürəyini boşaldan Balaca nəhayət,sakitləşib üzümüzə baxdı...
 İlk qəhqəhə çəkən öz anası oldu.Anam gülümsəsə də,özünü ələ aldı.Üzümə baxıb başı ilə ,,uzaqlaş,,işarəsi verdi.Düzü gülmək məni boğurdu,amma gördüyüm şəkildən aralaşmaq istəmirdim.Balacanın göz yaşları qurumuş sifətində sulu tərxun dəstəsinin izləri qalmışdı.Elə bilirdin pişik balasıdır.Balaca oğlan anasına qısılıb təəccüblə bizə baxırdı.Bilmirdi niyə gülüşür bu camaat.
  Yaxınlıqda su vardı.Balaca oğlanın əlindən tutub ora yollandıq.Əl-üzünü özü yudu.Balaca sifətində izlər daha aydın görünürdü.Anası əl dəsmalı vermişdi.Sildim üzünü.Böyrümə düşüb səssiz-səmirsiz geri qayıtdı.Anasını görəndə bir də ağlamağa başladı.
-Ağlama,alacağam...-qadın övladını sakitləşdirməyə çalışdı.
-Aldatmırsan ki?!-Balaca oğlan özü də təəccübləndi...
-Mən səni nə vaxt aldatmışam?-Ana kövrək səslə cavab verdi-İsəyirsən gedin indi alın...
-Hə,istəyirəm!-Balaca qulaqlarına inanmaq istəmirdi...
 Bizim yazıq yastıq tamam yaddan çıxmışdı.Maraqlanan da yox idi.
-Tez qayıdın-anam arxamızca dilləndi-getməliyik.Avtobusdan qalarıq.
Sən demə bu balaca oğlan neçə vaxt imiş ki,anasından top istəyirmiş.Əvvəlkiləri kəndin uşaqları ilə birlikdə cırılana qədər qovub bu həm özlərini əldən salırmışlar,həm də ev işlərinə əl atmaqdan yayınırmışlar.Valideyinlər də hər bəhanə ilə təzəsini almağın vaxtını uzadırmışlar.Bunuçün gəlibmiş Balaca.Yaşıl topu sinəsinə basıb yanımca maqazindən çıxan körpənin gözləri hələ də yadımdadır.Sakit,xoşbəxt,bu günkü günündə ən böyük arzusuna çatmış Balaca.
 Göyərti satan xala mehribanlıqla sağollaşdı.Balaca bir əli ilə yaşıl topu sinəsinə sıxıb,o biri əlini mənə uzatdı.Yastığı büküb bağladıq.Bircə şey məni maraqlandırıdı,hansı pulla alacağıq anam istədiyi ev üçün lazımlı əşyanı...Yastıq satılmadı...Yəqin birbaşa vağzala yollanacağıq.Anam səssiz-səmirsiz qabağa düşüb gedirdi.Mən də arxasınca.Ancaq çətin də olsa yastığı əlimdə aparırdım.Utanırdım çiynimə götürüm.
-Burda gözlə-anamın səsi ayırdı fikirdən.
,,Parça,,dükanının qarşısında ayaq saxlayası oldum.
 Bir azdan əlində iri bükmə anam göründü:
 -Gedək...
 -Gedək-yastığı oturacağın üstündən götürüb anamın arxasınca yollandım.Anlaya bilmirdim,yastığı sata bilmədik,amma anam istədiyini aldı.Özü də razı qalıb deyəsən.Yolüstü bir az bazarlıq da etdi.Bir şüşə də limonad aldı ki,yolda içək.
 Avtobusa minən kimi yastığı dizimin üstünə atıb başımı qoydum.İyulun istisi avtobusun pəncərəsindən süzülüb içərini od kimi yandırıdı.Mürgü kipriklərimdən zindan kimi aslmışdı.Yanımda əyləşmiş anamı kölgə kimi görürdüm.Qalın kağıza bükülmüş iri bükməni ayağının altına atıb nə haqqdasa fikirləşirdi.Balaca gəldi gözümün qabağına.Üzü kirli,nəmli,pişik bığlarına oxşayan tərxun izləri.Gülümsədim.
-Yenə nəyə gülürsən?-Anam fikrindən ayrıldı...
-Balacaya-güldüm...
-Sən də elə döyüləsisən-Anam gülümsəyərək üzümə baxdı...
-Yastıqlamı?-Mən də zarafatdan qalmadım...
-Sənə onsuz da xeyiri yoxdur,uşaq ağlayır,bunu da gülmək tutub...
-Bəs siz niyə gülürdünüz-sualımdan qalmadım...
-Anası güldü,mən də güldüm-şıltaq səsli anam bir də güldü-Bir də səni heç yerə aparmayacağam.Özünü apara bilmirsən...
 Məni gülməklə yuxu birlikdə yaxaladılar.Avtobusun nə vaxt tərpəndiyini belə eşitmədim.Yol boyu gözümü belə açmadım.Bircə ara-sıra anamın səsi gəlirdi qulağıma.Kiminlə isə söhbət edirdi.Nəhayət,məni silkələdi:
-Dur,çatırıq.
İndi yaxşı oğulsan bu yatığı bir kilometr yarım avtobusdan kəndə qədər çiynində apar.Özü də bu istidə.Həvəssiz gözümü açdım.Artıq çatırdıq.Anam sürücüyə qabaqda əylənməyi xahiş etdi.Sonra bir az geridə qarşı cərgədə oturan orta yaşlı qadınla sağollaşıb yastığı dizimin üstən çəkərək elə şala bükülücə ona tərəf uzatdı:
-Şalı bacımgilə verərsiniz.Gələndə götürəcəyəm.Yaxşı yol.
-Siz də sağ olun...
Heç nə anlamadım.Qadına tərəf baxıb sağollaşaraq anamın arxasınca avtobusun qapısına tərəf yollandım.
Avtobus səs-küylə ağır-ağır tərpənib gözdən itdi.Anam əlindəki iri bükməni mənə uzatdı:
-Tənbəlsən!Tənbəl!...Götür gedək-özü isə xırda zənbili yerdən götürdü-Ayaqlı ol gün lap isinib.
Düzü key kimi olmuşdum.Nə baş verdiyini anlaya bilmirdim.Yastıq da getdi,şal da...
-Bax belə satarlar,gördün?Əlini əlinin üstə qoyub dayanmışdın bazarda-Anam qəsdən məni zarafatla sancırdı.
-Kim idi o xala?-sualım qısa oldu.
-Şəhərdən.Xalan gilin qonşusudur.Sən yatmışdın.Gəldi oturdu bir az bizdən arxada.Söhbət elədik.Səfərimizin məqsədini soruşdu.Danışdım.Dedi ona da yastıq lazımdır.Qızları böyüyürlər.Yavaş-yavaş alıb cehiz yığır.Pulunu da verdi-Anam birnəfəsə ürəyindəkiləri danışdı.
-Neçəyə verdin?-maraq məni götürdü.
-Hər neçəyə verdim,xeyirli olsun-Gülümsədi-əlli yeddi manata.
-Bəs bu bükmədəki nədir?-əlimdəki yumşaq bükməni bir az sıxdım-Pulumuz ki,çatmırdı almağa?
-Bibindən bir az borc götürmüşdüm.Bükmədəki də döşək üzüdür.Yunumuz çoxdur bu il.Döşəklər düzəldəcəm ki.üstündə rahat yatasınız-Anam gözucu mənə tərəf baxaraq gülümsədi.Bilirdi ki,bu sözlərdən sonra əsil məqsədini onsuz da anladım.
Arxadan gələn minik maşını söhbətimizi yarımçıq qoydu.Sürücü yanımızda maşını əylədi.Arxa qapını özü içəridən açdı.Salamlaşdıq.Qonşu kənddən idi.
  Yol boyu anamla nə isə danışırdılar.Mənsə üzümü tozlu yollara dikib Balacanı xatırlayırdım.Pişik bığlı balaca kişini.
   Həmin yastıqsa xatirəmdə,,Cehiz yastığı,,kimi qalıb.Anan da bir dəfə sözarası ilk dəfə bizə Gəncədə yaxınlaşan qadının alverçi olduğunu söylədi.Beş-üç manat bahasına satmağa alırmış.Vağzala yaxın yerdə dayanıb kəndlərdən gələn sadəlöhv insanların qəlbinə girmək üçün o insanlar həmişə lazımlı sözlər tapırlar.Cehiz adı ilə alınan yastısa hər ananın ürəyini yumşaltmalıydı.Görünür bu dəfə səhv salmışdı.Bizi bazarda bir də itirib-axtarmaqda məqsədi varmış,mütləq yastığı alacaq.
Əsil cehiz üçün alanı da anam bir ana kimi tanıyırmış.Sən demə yastığı verdiyi qadın heç xalam gilin qonşusu da deyilmiş.Sadəcə həmin şəhərdənmiş,heç pulunu da verməyib həmin gün.Söhbətləri belə olub ki,pulu,şalı xalamgilə versinlər.Məndə təəccüb yaratmamaqçün uydurubmuş ki,pulunu veriblər yastığın.Sonra xalamgilə gedəndə anamdan xəbərsiz o qadını çağırtdırıblar.Çünki gəlibmiş hər şeyi demiş imiş.Ünvanı deyib gedib.Şalı və pulu da verməyib ki,birdən sonra çağırmazlar.Özü gətirəcək anamçün.Görüb,görüşmək üçün...
Bunu mənə tələbə vaxtı Moskvada anam danışdı...Beş-altı ildən sonra.
 ,,Bir də özünü belə aparsan,sizi özümlə şəhərə aparmayacağam,ay ana!Az yeyin bacımla bu dondurmadan,,-deyərdim Moskvada.
   Gülərdi...,,Sən mənim başıma çox oyunlar açmısan uşaq vaxtı...Yemirsən,yemə.Qoy mənə ziyan eləsin...Bax bundan al,,-,,Plombir,,dondurmasını xoşlardı...
 Əgər ananız gözünüzdə hərdən şıltaq qızcığaza bənzəyirsə,xoşbəxtsiniz...

İlham İdrisoğlu Brest 07.10.2012.

Комментариев нет:

Отправить комментарий