Əcaib
müharibə
Yəqin bu qeyri adi ifadə oxucunu təəccübləndirəcək.Müharibənin gözəli olmaz.Razıyam.Ancaq
torpaqlarımızın üstünə çökmüş bu qara müharibə buludu haqqında başqa söz tapa
bilmədim.İyirmi ildən çox davam edən nə müharibə,nə sülh vəziyyəti ancaq belə
ada layiqdir.Məqsədim olub-keçənləri mülahizə etmək deyil.İsərdim tarix boyu baş
verən bütün müharibələrin insanlıqdan kənar bütün xüsusiyyətlərini bir daha xatırladım.Əsarət
altında qalan şəhər və kəndlərimizin son kərpicinə qədər sökülməsi,tarixi abidələrin
yerlə yeksən olması vandallığın parlaq nümunəsi deyilmi?Dinc əhalinin vəhşicəsinə
kütləvi qətli faşizmin əlamətlərindən xəbər vermirmi?Bir dəstə quldur və başkəsənlərin
qarşıduran dövlətin başçısı olması bu məntiqsiz müharibədə güdülən məqsədlərin
kökünü açıqlamırmı? Hər cür məntiqdən kənara çıxan iradlar ağlı başında olan
insanlarınmı dilindən çıxır?Arxa durub dəstək verən ağalar görmürlərmi bu haqqsızlığı?Öz
evimizdə bizi günahkar etmək cəhdlərini necə qiymətləndirək?Son yüzilliyin
insan üçün ən böyük bəlasına çevrilən narkomaniya və terrorizmin cığırlarından
birinin dünyanın cənnət guşələrindən olan Qarabağın sinəsindən keçməsi nə qədər
laqeydliyin təzahürüdür?Çox saymaq olar.İndi görün bu əcaib müharibədir,ya yox?...
Nə səbəbdən üzüm gülsün,a dünya?!
Haray çəkir,Laçın
bizi səsləyir
Nə səbəbdən üzüm
gülsün,a dünya!?
Torpağımda yad nəfəslər
əsnəyir.
Nə səbəbdən üzüm gülsün,a
dünya!?
Ələsgəri qurban verdik,niyə biz?
Bəd əməli yaxşı bildik,niyə biz!?
Çox dərsləri yaddan sildik,niyə
biz!?
Nə səbəbdən üzüm gülsün,a dünya!?
Naxçıvanı ayrı saldıq,barışdıq!
Göyçə getdi,aciz olduq,barşdıq!
Nə dedilər çəpik çaldıq,barışdıq!
Nə səbəbdən üzüm gülsün,a dünya!?
Kəlbəcəri tapdaq etdi yağılar,
Yazılacaq hələ neçə ağilar.
Danışmıram,yoxsa dünyam dağılar.
Nə səbəbdən üzüm gülsün,a dünya!?
Canımızdan canı verdik özgəyə,
Ad qoydular,baxmadılar güzgüyə.
Ağrılarım sığışmayır yer ,göyə,
Nə səbəbdən üzüm gülsün,a dünya!?
Zəngilansız,Qubatlısız qalmışıq.
Evimizdə ,,qaçqin,, adi almışıq,
Müvəqqəti neçə yuva salmışıq!
Nə səbəbdən üzüm gülsün,a dünya!?
Füzulinin adı qalb,özü yox,
Viran olub,babaların izi yox
Yerə dəyib Qarabağım dizi yox
Nə səbəbdən üzüm gülsün,a dünya!?
Əsgəransız,Xocalısız,Ağdamsız,
Kişilik yox,düşmən dinsiz,imnsız.
Dayaq verib,arxa duran amansız!
Nə səbəbdən üzüm gülsün,a dünya!?
Boylanıram,zirvələri kövrəldir.
Murovumu düşmən didir,əridir!
Tərtərimin suyu yaşdır,qəhərdir,
Nə səbəbdən üzüm gülsün,a dünya!?
Torpağından yoğrulmuşuq,neyləyək.
Neçə kərə ovulmuşuq,neyləyək.
Evimizdən qovulmuşuq,neyləyək.
Nə səbəbdən üzüm gülsün,a dünya!?
Hərdən qalxır günbatandan yağışlar.
Damlaları göz yaşımla qarışar.
Bir ağlasaq Araz dolar,Kür daşar!
Nə səbəbdən üzüm gülsün,a dünya!?
Niyə belə amansızsan,qətisən?
Ədaləti doğramağa itisən.
Düyünlərin açılmayır,çətinsən!
Nə səbəbdən üzüm gülsün,a dünya!?
Şuşa yoxdur,Cəbrayılı vermişik,
Düşmən ilə boş söhbətə girmişik.
Neçə-neçə bəd üzünü görmüşük.
Nə səbəbdən üzüm gülsün,a dünya!?
İlham İdrisoğlu 22.05.2010 Brest
Əziz həmvətənlər,gördüyünüz kimi bu sətrlər
uzaq Belarusiyada yazılıb.Brest yaxşı bilir müharibənin ağrılarını.Tez-tez
Brest qalasını gəzəndə ixtiyarsız talan olmuş torpaqlarımız gəlir gözümün qabağına.,,Üzün
qara olsun,müharibə,,-deyirəm.Axı səni kim fikirləşib?...İnsan bu dünyaya bununçünmü
gəlib?
Ey insan!
,,Dünya mənim,,-deyən insan
Unutma
ki,bir qonaqsan.
***
Yaxşılıq et,xeyir dilə.
Keç dünyanı gülə-gülə
***
Süleymanlar qılınc çaldı.
Dünya həmin
dünya qaldı
***
İsgəndərin nərəsinə
Gətirmədi heç
kəs sinə.
,,Əbədiyəm,,-deyə-deyə
Gurban
getdi nəfisinə
***
Sev vətəni,sev torpağı
Müqəddəsdir hər ocağı.
Neyləyirsən o
diyarı
Sinəsində gəzsə
yağı!?
İlham İdrisoğlu Brest 1999
Ağrıyır
könlümüz,inciyirik.Cavab tapmaq çətindir...Dünyamız yorulub...
◊ Gün
getdi bu axşam,sabah gələcək.
Boylandı üfüqdən,yorğun
baxışla,
Gün getdi bu
axşam,sabah gələcək.
Boyadı göyləri
min bir naxışla,
Gün getdi bu
axşam,sabah gələcək.
Yorulub,dünyamız
baxmır sözünə.
Hey
tozu-tüstünü yaxır üzünə.
Yenə də nə isə
dəyib gözünə,
Gün getdi bu
axşam,sabah gələcək.
Bəlkə də ağlayir
gecələr xəlvət.
Ana tək içində
eləyir xiffət.
Alovlu könlündə
məhəbbət,nifrət,
Gün getdi bu
axşam,sabah gələcək.
Bizə hali
deyil,o göylər bilər.
Nə vaxt tufan
olar,qaynayar sellər.
Yəqin yaxınlaşır
qəmlər,nisgillər,
Gün getdi bu
axşam,sabah gələcək.
Gələcək,
isitsin soyuq suları.
İşığa qərq
etsin qaranlıqları.
Oxşasın,qoxlasın
ormanlıqları,
Gün getdi bu
axşam,sabah gələcək.
Neçə könüllərə
həmdəm olacaq.
Neçə dünyalara
sevgi salacaq.
Neçə səadətə şahid
olacaq,
Gün getdi bu
axşam,sabah gələcək.
Üşüyən çiçəklər
yolunu gözlər.
Bezər tənhalıqdan
cığırlar,izlər.
Qoy bir az
dincəlsin istəkli gözlər,
Gün getdi bu
axşam,sabah gələcək.
İlham İdrisoğlu
Brest 27.05.2010
Belə bir zamanın övladlarıyıq.Tale payımıza
bunu yazıb...,,Əcaib müharibə,,də gördük...Xocalı faciəsini Tanrı yazdı alnımıza...
Bəyaz qar üstünə qan yağacaqmış...
Nə bilsin, onsuz da yuxusuz qalan
Ana son laylanı çalır bu gecə.
Arzuyla, diləklə, xoş xəyallarla
Körpə balasıyla qalır bu gecə.
Nə bilsin o körpə, ana qoynunda
Vətəndən vətənə pənah aparır.
Axrıncı aşrımın son addımında
Analı günləri bitir, qurtarır.
Nə bilsin o qoca, baba yurduna
Dünən ayaq basıb, çörək tapanlar
Qanlı əlcəyini geyib bir səhər
Adi insanlığı atar, tapdalar.
Nə bilsin ayazlı, ulduzlu gecə
Bəyaz qar üstünə qan yağacaqdır.
Dağların buzunu yuyub-əridən
Bahar yox, odlanan min bir ocaqdır.
Nə bilsin yuxuya gedən qayalar
Səhəri açacaq ah-nalələrlə.
Günahsız körpəni qoruduğuyçün
Tək-tənha qalacaq min güllələrlə.
Nə bilsin uzağı yaxın eyləyən
Aşrımlar, dolaylar, gizli cığırlar
Azadlıq,qurtuluş, həyat yolunda
Dönüb olacaqlar əbədi məzar.
İlham İdrisoğlu Brest, 24.02.2010 18:50
İyirmi ildir yaşayırıq bu ağrılarla.Bir dəfə
internetdə bütün yaxınlarını itirmiş Xocalı cakini Əsli anamızın kiçik video çıxışına
baxdım,,Bu dərdi heç düşmənimə də diləmərəm,,-dedi Əsli ana.
Əsli anamıza
Buza dönən qəlbin
od tək yandırır.
Buzun
belədirsə,odun nə imiş?
Gözündə
donubdur o qöş gecəsi
Daрların
zirvəsi saçına enmiş.
Gözlərinə
qurban,dəryadan dərin
Dənizlər
də daşar sən ağlayanda.
Bilmirəm,nə
haqqda düşünür qəlbin
O qarlı
gecəni xatırlayanda...
Nə
deyim,qismətin niyə belədir?
Deyirlər,talelər
göylərdən gəlir.
Nədən
başlayşm mən,harda susum
mən?
Şəkillər yaşayır,baxışlar dəlir.
Hər
gözdə min arzu-dilək yaşayır.
Hər
baxış ümidlə,fərəhlə gülür.
Faciələr
dolu Xocalımızdan
İllərin
yaddaşı oyanır,gəlir.
Səsin
titrəsə də duruşun məğrur.
Qoy düşmmən
kəlməni bir də dinləsin.
Qatilə
bu dağı diləməmək də
Deyil
cəsarəti,bilin,heç kəsin.
İlham İdrisoğlu
26.02.2011 Brest
Kimsə olar yalnış düşünər.Vətən həmişə Vətəndir.Ağrısı
da bizimdir,sevinci də...
Ey odlar diyarı,Azərbaycanım!
Ey odlar diyarı,Azarbaycanım!
Odunun közünə qurban olum mən!
Yolunda halaldır son damla qanim
Adının özünə qurban olum mən!
Zirvəsi görünməz uca dağların,
Nərgizdən,lalədən xalça yaylağın.
Gəlir qulağima səsi atlarin.
Təpənə,düzüna qurban olum mən!.
Babak,Koroğlulu dönməz ordusan.
Nizami,Füzuli,Vurğun yurdusan.
Ələsgər sazının ilhamçısısan.
Sazına,sözünə qurban olum mən!
Sinənə vurulan yaralar dərin.
Yağı taptağına dönüb ellərin.
İlhamın qəlbində donub dərdlərin.
Kədərli gözünə qurban olum mən!
İlham İdrisoğlu Brest 1997
◊ ,,Vətən,,adlı sazım qaldı
Ayrılanda bir gün səhər,
O yerlərdə gözüm qaldı.
Ürəyimi aldı qəhər,
Deyilməmiş sözüm qaldı.
Yaddan çıxmaz qum ovduğum,
Gündə yanıb,qaraldığım.
Üstü ilə top qovduğum
Çəmənlərdə izim qaldı.
,,Üçtəpəydi,, qarlı dağım,
Söyüdlükdü güllü bağım.
Vüsalna catmadığım
Neçə güllü yazım qaldı.
İlham,tale bir cığırmış,
Düzlər keçib,dağ aşarmış.
Sinəm üstdə,çalınmamış,
Vətən adlı sazım qaldı.
İlham İdrisoğlu 08.07.2010 Brest
Xocalı soyqırımı silkələdi bizi,ağlımıza gəlməyən
başımıza gəldi.Filmlərdə baxdığımızı gözümüzlə gördük.Halına yandıqlarımızın
yerində durduq.Bizə təsəlli verdilər.Bunu yaşamaq çətindir,barışmaq olmur.Nə
idi günahı yüzlərlə əliyalın,günahsız insanların?Tale belə qismətlərmi yazarmıış?
Xocalım!
Arxadan açılan
qatil gülləsi
Eylədi qəlbini
talan,Xocalım!
Yırtıcı qurdlarla
o qış gecəsi
Əli boş ,üzbəüz
qalan Xocalım!
****
Açılan səhərə qaldı ümidin.
Çağırdın,hay çəkib
kömək dilədin.
Diz qoyub ayağa
dura bilmədin.
Üstünü qatillər
alan Xocalım!
***
Dəhşətdən dartıldı
qaşı dağların.
Bir az da ağardı
başı dağların.
Yaşına qarışdı yaşı
dağların.
Çaylağı qan ilə dolan
Xocalım!
***
Yanan könlümüzdə
ağıya döndün.
Odlu bayatıya,nağıla
döndün.
Bir Zümrüd quşuydun,hey
yandın,durdun.
Qanadını yana
salan Xocalım!
***
Ay İlham,Tanrıdan
dilə dözümü.
Dəhşətlər kor edər
ağlar gözünü.
Sinəmə basdığım telli sazımı
Qanlı mizrab ilə çalan
Xocalım!
İlham İdrisoğlu
Brest 24.02.2010 19:15
Bu faciə,soyqrım tarixin
qanla yazılan səhifələrindəndir.İstərdim ürək sözlərimi hamınlza deyim.Şeirlərlə...
A
Tanri, möhlət ver...
A Tanrı,möhlət
ver,ümid ver bizə,
Şuşa qalasını bir
də dolanaq.
İsa bulağından içib
doyunca.
Gəlin qayasını
seyrə yollanaq.
***
Möhlət ver,ümid
ver,kəsmə rəhmini.
Natəvan nənəmin
gözü yoldadır.
Qacarı sındırıb,
geri qaytaran,
Alınmaz qalanın
könlü dardadır.
***
Tərtərə baxıram,qaynayıb
axır.
Gətirir dağların
ab havasını.
Cırıq keçə üstdə
yuxuya gedər,
Qaytar insanlara
yurd-yuvasını.
***
Babalar ruhunu yad
etsin deyə,
Dikilib dağlara həsrətli
gözlər.
Yaralı könlünə nalələr
salr
Çoban tütəyiylə
oyanan düzlər...
***
Möhlət ver,a Tanrı,xari
bülbülə
Yoxsa ürəyini
odlar nəğməsi.
Nə yaman ağırmış,necə
çətinmiş,
Babalar yurdunda
yağı nəfəsi!
İlham İdris oğlu
.Brest 20.07.2009.
Bayatılarla...
Əzizim, gülə-gülə
Ağlaram gülə-gülə
Gün olsun Azərimə
Azadlıq günü gələ.
Əzizim,zaman-zaman
Çəkilər çisgin,duman
Hər dərdə
dözmək olur,
Vətənin dərdi yaman.
Ə zizim,qoca dağlar!
Göylərdən uca dağlar.
Qoynunda yağı gəzir,
Qovrulur saca dağlar.
Bu qala,daslı qala,
Baharlı,qıslı qala.
Vaqifini ağlayır.
Gözləri yaşlı qala.
Qarabağ bülbülləri
Oxşayır
könülləri.
Toylarşün qönəələndi,
Yas apardı gülləri.
Ay ellər,bizim ellər
Qoynunda gəzim ellər
Heç
bilmirəm bu dərdınə
Mən necə dözüm ellər
Ilham Idrisoğlu Moskva 1993
Bayatılar
Gözlərim dağa baxdı.
Çəmənə,bağa baxdı.
Ayrılanda Vətəndən
Yaşı sel kimi axdı...
Saçları bəyaz dağlar,
Quzeyi ayaz dağlar,
Gizlənmə duman-çəndə
Seyr edim bir
az, dağlar...
A dünya,qəmli dünya
Kədərli,dəmli dünya.
Sevincdən ,ya kədərdən
Gözümüz nəmli,dünya?!
Mən aşiq bu dünyaya,
Qarışıq bu dünyaya.
İblis kölgə salmasa,
Çatar işıq dünyaya
Qurban olum o torpağın
Qayasına,boz daşına
Qurban olum ataların...
Ürək verən baş daşına...
İlham İdrisoğlu Brest 2011
◊ Bu oğulu doğan ana xoşbəxtdir(Milli Qəhramanımız Mübariz İbrahimovun
xatiəsinə)
Gülləsindən düşmən yandı,qovruldu,
Pis niyyəti öz başına sovruldu,
Gizləndiyi yuvayacan qovuldu,
Nə çəkindi,nə dayandı-yoruldu,
Bu oğulu doğan ana xoşbəxtdir!
Qanmazlarin haqqlı verdi dərsini,
Xatirlatdı Koroğlunun irsini,
Silkələdi,tutduqları kürsünü,
Bircə anda ağızları ovuldu,
Bu oğulu doğan ana xoşbəxtdir!
Gecə ova çıxanları ovladı,
Yol kəsənin yollarını bağladı,
Qaçdı yağı,sərçə kimi dağıldı,
Geniş dünya başlarına dar oldu,
Bu oğulu doğan ana xoşbəxtdir!
Vətən hissi alov saldı könlünə,
Neçə şirin kəlmə gəldi dilinə,
Geri baxdı-obasına,elinə,
Öz adını ləyaqətlə qorudu,
Bu oğulu doğan ana xoşbəxtdir!
Gözü güldü qatilləri əyəndə,
Daşdan-daşa özlərini döyəndə.
Qəfil güllə sinəsinə dəyəndə,
Vətəninin qayasına sarıldı,
Bu oğulu doğan ana xoşbəxtdir!
İlham İdrisoğlu Brest 20.07.2010
◊ Dağlar19.01.2011
Ulu Tanrı,rəhmin
hanı
Çəkilibdir
dara dağlar?
Necə yusun
günahını
Yada səngər
duran dağlar?
***
Damarında
donub qani.
Babaların
yurdu hanı?
Sinəsində lalə
yanır
Başın çalıb
qara dağlar.
***
Təslim düşüb,aciz
qalıb
Bəd gözlərə
tikan olub.
Zirvəsindən
qanad çalıb
Qartal qiyyə
vuran dağlar!
***
Dünya yaman
hala düşüb
Zülmət qara
yola düşüb
Könlüm yaman
hala düşüb
Bu dərdimə çara,
dağlar!
***
Kəkliklərin şən
nəğməsi,
Qayaların
qabal səsi
İlham üçün müqəddəsdir
Onlar gedib
hara,dağlar?!
İlham İdrisoğlu
13.03.2010 Brest
A dağlar!
Dolmuş bulud kimi enib sinənə
Yerinə,yurduna yağım,a dağlar!
Son damla göz yaşım qurbandır
sənə
Təki çaylağında axım,a dağlar!
Qısqanclıq edirsən niyə,bilmirəm
Yolları kəsmisən,gələ bilmirəm.
Axan göz yaşımı qəsdən silmirəm
Sulansın ,qoy Qarabağım,a dağlar!
Olsa ixtiyarım zalım dünyada
Gələrəm qoynuna payi-piyada.
Eybi yox,sönsəm də daıda,qayada
Günəşlə üstünə doğum,a dağlar!
Sənədir ümidim,qoru izləri,
Yaylağı,çeşməni,tənha düzləri.
Bir gün səsləyəcək şən bülbülləri
Almalı,heyvalı bağım,a dağlar!
Hərdən elə billəm lap yanımdasan
İlhamın canIndan axan qanısan.
Bizi güzləməyib yadlara qalsan
Yandırar dünyanı dağım,a dağlar!
İlham İdrisoğlu 11 mart 2010
Brest
Getdi oğulların,qayıtmaq üçün
Nigaran gözlərin hey yol çəkirdi
Axır ki,qayıtdı
övladın,Vətən!
Üzə vurmasan
da bu sonsuz dərdi,
Yandin,gizli-gizli
ağladın,Vətən!
Aldın qucağına,basdın
bağrına,
Qürurla
boylandın dağlara sarı.
Yüngül məlhəm
oldu sonsuz ağrına,
Qoynuna alanda
qəhrəmanları.
Bir-birindən
igid,ərən oğullar
Yolunda canını
verməyə hazır.
Düşdüyün əzabı
görən oğullar,
Qanıyla adını
qayaya yazır.
Yolun haqq
yoludur,canımız qurban,
Neylirik vətəni
biz dilim-dilim!?
Gəlirik ,gözləsin
hər elin,oban
İçəcək
suyundan quruyan dilim.
Getdi oğulların,qayıtmaq
üçün!
Qanı bahasına
qorudu səni!
Yaralı könlünü
ayıltmaq üçün,
Sonuncu baxışda
aradı səni.
Əbədi,müqəddəs
bayraq altında.
İsti qucağına
döndü oğullar.
Tarix taleyinə
zülmət qatanda,
Yolunda məşəl
tək yandı oğullar.
İlham İdrisoрlu
07.11.2010 Brest
Gül açan Novruzun solmasın,Vətən!
Oyanıb çəməndə bir səhər tezdən
Gül açan Novruzun solmasın,Vətən!
Səməni cücərdib süfrəyə düzən
Ellərin çörəksiz olmasın ,Vətən!
***
Qışı nisgillisən,gözləri yaşlı,
Kədərli,qüssəli,alnı qırışli.
Eybi yox,baharın olsun yağışlı,
Qəhərdən ürəyin dolmasın,Vətən!
***
Açır sinəsini qarlı quzeylər.
Mələşir,düzlərə qaçır quzular.
Süfrəndə min nemət,şirin ruzu var.
Tale onu səndən almasın,Vətən!
***
Çatıb ulduzlarla qovuşsun deyə,
Tonqallar odlanır,ucalır göyə.
Qəlbində tutduğun min arzu,niyyət
Sönüb ürəyində qalmasın,Vətən!
***
Səhərin şehində çimən bənövşə
Gizlincə əl edir gülən günəşə.
Deyişən aşıqlar durub döş-döşə
Sazını kədərlə çalmasın,Vətən!
***
İlhamın sösü çox,hüsnünə qurban!
Sazına,sösünə,səsinə qurban!
O yanan tonqalın hisinə qurban!
Ellərin tüstüsü qalxmasın,Vətən!
İlham İdrisoğlu Brest 9 mart 2010
◊ O görüşün
xatirəsi yandırır.
Hərdən olur, şirin
yuxu sanıram.
O görüşün
xatirəsi yandırır.
Yada düşür daş
oluram,donuram,
O görüşün
xatirəsi yandırır.
Səbrim
gedib,ümidlərim sarsılıb.
Ürəyimdən qara
daş tək asılıb.
Ağlayaram
qayasına qısılıb.
O görüşün
xatirəsi yandırır.
Nə biləydim bağlarını
gəzəndə,
Ağ dumanlı dağlarını
süzəndə,
Hicran yaşı
quruyacaq gözümdə.
O görüşün
xatirəsi yandırır.
Ovucumda bircə
icim suyu yox.
Varlığımda qışa
dönüb,yayı yox.
Şuşasızam,İlham,dərdin
hayı yox.
O görüşün
xatirəsi yandırır.
İlham İdrisoğlu
Brest 03.06.2010
Şəhidlər
Dünən asta-asta
dolandığınız
İzlər yad eyləyir
sizi,Şəhidlər!
Yolunda can
qoyub,qoruduğunuz
Düzlər yad eyləyir
sizi,Şəhidlər!
***
Kür axır
sükutla,Araz da dolğun
Kəpəzin,Şahdağın çöhrəsi
solğun
Xəzrisi kəsilib,dağğalar
durğun.
Xəzər yad eyləyir
sızı,Şəhidlər!
***
Sukuta qərq olub Oğuz,Lənkəran,
Qəbələ,Qarabağ,Tovuz,Naxçıvan,
Bakıdan Gəncəyə
yol üstdə Aran.
Ellər yad eyləyir
sizi,Şəhidlər!
***
Analar ağlayır
ananız kimi.
Atalar sizlayır
atanız kimi.
Tezliklə qurumaz
nisgili,qəmi
Gözlər yad eyləyir
sizi,Şəhidlər.
***
Həsrətik Şuşaya,Cıdır
düzünə
İsa bulağının
qaynar gözünə
İpək örpəyını çəkib
üzünə
Saz,tar yad eyləyir
sizi,Şəhidlər!
***
Yalanmış bu
dünya,bir şirin yalan.
Sinəsi gül-çiçək,urəyi
talan.
Sevib-sevilməyə,min
haqqı olan
Qızlar yad eyləyır
sizi,Şəhidlər!
***
İlhamam,tıtrəyir əlimdə
qələm!
Neyləsin odlara
qalanan aləm!?
Ürək ağrısından
yanıb,bükülən
Dizlər yad eyləyir
sizi,Şəhidlər!
İlham İdrıs oğlu
Brest 2000
Şəhid anası...
Titrək əllərinlə alıb şəklini
Ah çəkib ağlama,şəhid anası!
Dizlərin üstünə əyib belini
Sellər tək çağlama,şəhid anası!
Baxırsan gəldiyi cığıra,izə.
Quzu otardığı çəmənə,düzə.
Yaralı könlünü hey üzə-üzə,
Dünyanı dağlama,şəhid anası!
Ruhu ildrımda,şimşəklərdədir,
Qarabağdan əsən küləklərdədir,
Həsrətli,ümüdlü ürəklərdədir,
Çox matəm saxlama,şəhid anası!
Nə deyim,nə yazım,qələmim donur?
İlhamın dünyası odlanır,yanır.
Sənin dözümündən düşmənlər sınır,
Qara şal bağlama,səhid anası!
İlham İdrisoğlu 10.10.10 Brest
Qığılcım ol,Vətən üçün alış sən
Kitab açıbb,vərəqləsən
keçmişi,
Tariximi Babəklərdən
soruş sən!
Ağqoyunlu,Qızılbaşlar
yetirmiş
Millətimin qılıncıyla
döyüş sən!
Qılınc çaldı,tarix
yazdı oğullar
Dastanları,kitab-kitab
yığdılar
Qeyrətindən
qorxdu,qaçdı yağılar!
Keçmişimlə qürur
eylə,qovuş sən
Nüşabənin nəvəsiyik,unutma
Söz verdinsə,irəli
dur,qayıtma
Geri qaçıb düşmənini
oyatma
Qolun sınsa,baxışınla
vuruş sən!
Tarix yazıb,bu
qismətdir payımız.
Özgə üstə işıq salır
ayımız.
Nalə çəkir torpaрımız,suyumuz,
Gətirmə,gəl bu
minvala duruş sən!
Doğradılar,tikə-tikə
kəsdilər
Fırtına tək
üstümüzə əsdilər
Bəsdir,qardaş,göz
kor edən tüstülər
Qığılcım ol,Vətən
üçün alış sən!
İlham İdrisoğlu
12.11.2010.Brest
Xəyallar,ay xəyallar!
Xəyallar,ay xəyallar!
Nə yaxşi ki,varsınız.
Həsrətli ürəyimi
Vətənə apardınız.
Xəyallar,ay xəyallar!
Görünməz körpüsünz.
Anali günlərimlə
Məni görüşdürdünüz.
Xəyallar,ay
xəyallar!
Bir açiq qapısınız.
Bağlansaydınız bir an.
Yaşardimi atasiz?!.
Xəyallar,ay xəyallar!
Hərdən çox odlusunuz.
Hərdən yanan ürəyin
Bir içim suyusunuz.
Xəyallar,ay xəyallar!
Sınmasın qanadınız.
Döyün könül qapımı,
Müqəddəs qonaqsınız.
Xəyallar,ay
xəyallar!
Ömrümə şahidsiniz.
Mən tənha
bir yelkənəm
Sizsə sonsuz,gen dəniz.
Xəyallar ,ay xəyallar!
Sinmasin qanadınız,
Sizinlə gerçək olur
Arzumuz,muradımız...
İlham İdrisoğlu Brest yay 2007
◊ Mənim Vətənim
var,qibləgahım var17.01.2011
Heç kəs söyləməsin,heç
kəs deməsin,
Mənə qürbət
eldən vətən olacaq.
İlıq nəfəsindən
ürək çırpınıb,
Müqəddəs
qoynunda ,gözün dolacaq.
Yorulub ürəyim
,hey haray çəkir
Bacını,qardaşı
görə bilmirəm.
Hərdən
salamlayıb qohumu,dostu,
Ürək dolusuyla
gülə bilmirəm
Köçəri quşlara
baxıb səmada,
Körpə uşaq
kimi həsəd edirəm.
Hərdən dinləyəndə
özüm-özümü
Ürək sızıldayır,deyir-,,
Gedirəm,,!
Xoşbəxtəm
dünyada indi anmışam
Məmim Vətənim
var,qibləgahım var!
Dağlar havasıyla
uyuşan gecəm,
Xəzərlə açılan
xoş sabahım var!
İllərlə yığışıb
bu həsrət,hicran
Ey Vətən
qoynuna al övladını
Öpüb torpagını,
səcdə edəcək
Kim dadıb ayrılıq,hictan
dadınl
İlham İdrisoğlu
Brest 04.01.2008
Bu ,,əcaib müharibə,,tarixin
imtahanıdır,zamanın hökmüdür.Biz tək deyilik,dünya qanla çalxalanır.Qoy Tanrı
bizi bir də belə imtahanlara çəkməsin.Xocalı qanla yazılsa da,yaddaşımızın özəyi
olsun,həmişə xatırlatsın bizə tənhalığın,gücsüzlüyün qiymətini...Vətənin başı
sağ olsun.
Qarabağa aparan yol
Qarabağa aparan yol.
Çöhrəsinə buludlardan,
Dumanlardan pərdə salır.
Hərdən baxır oğrun-oğrun.
Küsgün-küsgün haraylayır.
Qarabağa aparan yol
Əl eyləyir,,burdayam mən,,
Bəs vəfanız haradadır?
Özgəsinə könlüm yatmır
Mənim sevgim Qarabağdır:
,,Seyrə dalaq o dağları
Bir baş çəkək bulaqlara.
Sərinləsin ürəyimiz.
Sonra düşək yaylaqlara.
Yox-yox, çirkin deyiləm mən
Kimlər üçün sığal çəkim?
Yuyunuban yağışlarda
Sağ-soluma güllər əkim?
Qarabağa aparan yol
Nifətindən,qanqallanıb
Əzab dolu, qan qarışıq
Körpə ayaq izlərinin
Dəhşətini gizlətməkçün.
Anaların yerdə donan
Heyrətini gizlətməkçün
Babaların tapdalanmış
Qeyrətini gizlətməkçün.
Qarabağa aparan yol
Gördüyüylə barışmaqçün
Tənhalığı sirdaş seçib.
Dəhşətlərdən yanmamaqçün
Neçə qanlı yaşlar içib.
Qarabağa aparan yol
Tək dolanır obalari.
Yovşan yığıb dəstə-dəstə
Hey çiləyir babaların
Qəribsəyən qəbri üstə
Qarabağa aparan yol
Görür Ağdam xarabadır
Sona bülbül çoxdan köçüb.
Kəlbəcərdən bir əsər yox.
Sularından düşmən içib.
Qarabağa aparan yol
Baxışıyla hey soruşur:
,,Nə söyləyək Füzuliyə?
Deyək nədən belə oldu?
Arazımın sahilləri
Axı necə qanla doldu?
Necə deyək Xan babaya
Şuşa tara həsrət qaldı?
Xarı bülbül düşmənlərin
Tapdağında sındı soldu?
Bu tənhalıq,bu ayrılıq
Yazımıdır yığvalımda?
Yağı hələ çox gəzəcək
Qubatlımda,Laçınımda?
Qarabağa aparan yol
Zəngilanda,Cəbrayılda
Susuzluqdan yanan dil tək
Neçə yerə paralanıb.
Baxmayın ki,fəryad dolu
Nalələrlə çox sulanıb.
Qarabağa aparan yol
Xocalının fəryadına
Qış səhəri tək yollandı.
Namərdlərin sözlərinə.
Inaninca ,ez allandı.
Qarabağa aparan yol
Necə dözdü,kül olmadı?
Naləc qalıb boylananda
Sinəsində ana-bala
Qucaqlaşıb uyuyanda.
Qarabağa aparan yol
Qayalara qısılaraq
Ümid ilə işıqlandı
Ünü yetib əl verincə
Gördüyündən bir də yandı
Qarabağa
aparan yol
Kitabdır ki,vərəqləri
Nalələrlə cilalanıb.
Hər sətrinə,kəlməsinə
Neçə haqqsız qan bulanıb
Qarabağa aparan yol
Hey boylanır Kürə sarı.
Toylar üçün qəribsəyib.
Üzə vurmur ürəyində
Qərənfilllər dəstələyib.
Qarabağa aparan yol
Xatırlayır,hey kövrəlir
Sürüləri,otlaqları
Qayalardan süzüb gələn
Tütək səsli ovqatları.
Qarabağa aparan yol
Sevinirdi,kövrəlirdi
Qayıdanda el yaylağa
Necə dözsün on illərdən
Körpü salan ayrılığa?
Qarabağa aparan yol
Düşkünlüyə düçar olub
Yoğrulduqca yaşda,qanda
Halsız düşüb,elə bil ki,
Aralanıb ürək candan...
Qarabağa aparan yol
Hey qoruyur ürəyində
Bir arzunu,xoş niyyəti
Bir-bir evə ötirəcək.
Geri dönən bu milləti.,,
Hicran dağlar ürəyini bu yolun
Düşmən sıxıb biləyini bu yolun.
Ulu Tanrı,ətəyindən tuturuq.
Yerə salma diləyini bu yolun.
İlham İdrisoğlu 09.02.2012 Yevlax .Köyük kəndi.
Allah rəhmət eləsin bütün şəhidlərimizə...Tanrı çox görməsin bu niyyəti
Qarabağa
Uzaq Belarusiyadan böyük məhəbbətlə...
Murovun ətəklərindən.Soyuq qış gecəsində Yevlax rayonunun kiçicik
Köyük kəndindən İlham İdrisoğlu ...fevral 2012
Комментариев нет:
Отправить комментарий