Kənd əhli səhəri xoruz banı ilə açır.O zalımlar da hərdən elə bilirsən bir-biri ilə bəhsə giriblər.Biri kəsir,biri başlayır.Danışacağım bu əhvalat yay səhərində baş verib...
Geçəykən Murovun qarlı zirvəsindən Qarabağın düzünə süzülən sərinlik şehli otları oxşayır,axşamın bürküsünü səhər çağı məlhəm kimi yorunuq dünyamıza paylayır.Bu yerlər Tərtərin çılğın sularında çimir,hər damcı suyunu ürək yanğısı ilə içirlər.Hərdən toz-torpaqlı yollarla zamanın əlimizdən aldığı uşaqlıq illərinə qayıtmaq istəyirsən.Quşların səhər nəğməsi bütün ahəngi ilə bu həyat simfoniyasına qoşulur,səhərin ilıq,yüngül mehi ağrı-acıları qəlbindən qoprıb harasa uzaqlara qovur.Zamanın amansız qərarları neçələrimizi dustaq edib!?Müasir dünyamızın könüllü dustaqlayırıq.Payız göz oxşayır,qış ötür,yaz gəlir,yay gözləyir...Səbirsizliklə,odlu-alovlu nəfəsi ilə,qış qayğıları ilə,həmişəki kimi xoruz banı ilə, yuxulu dünyamızı oyadan yay...
Bu səhərlərdən birində ağsaqqal Məhəmməd gözünü hinin küncündəki qutuya dikmişdi.Sevincini gizlədə bilmirdi.Səbirsizliklə ömür-gün yoldaşının tezliklə gəlişini gözləyirdi.Qar kimi ağappaq kürt toyuq da təəccüb dolu həyəcanını gizlədə bilmir, ara-sıra qaqıldayırdı.Qanadlarının altından boylanan alabəzək ,səs-küylü cücələr qəribə və çox xırda idilər.Bildirçin balaları sanki Məhəmməd kişi ilə oynayırdılar.Analarinin qanadları altından boylanaraq yenə gizlənirdilər..
İçəri girən Zəhra xala sanki qırx illik ömür-gün yoldaçını birinci dəfə görürdü. Ağsaqqal tilsimə düşmüşdü elə bil.Gözlərini çəkə bilmirdi gözəl quşcuğazlardan.Gözlərində fərəh qarışıq nəm donmuşdu.Nədənsə narahat idi.Nəhayət qadın həssaslığı ilə anladı,ərinin niyyətini.Ehmalca toyuğu qutudan götürüb yerə qoydu.Ağ toyuq fərəhdən bir az da ucadan qaqıldadı.Bir anlıq duruxdu.Sonra açıq qapının arasından keçib bir anda yox oldu.Səs-küyü həyəti başına aldı ,,Cücələrim var,,deyərək sevincini bütün həyətə yaydı.
Quşcuğazlar anasızlığı hiss edib bir-birinə dəydilər.Kimisi qabıqların içində,kimisi özlərindən neçə dəfə iri toyuq yumurtaların arasında gizlənməyə can atırdılar.Zəhra xala bir neçə gün əvvəl ağılasığmaz bir iş görmüşdü-kürt toyuğun altına naəlaclıqdan bildirçin yumurtaları da yığası olmuşdu...
-Hə,necədir?Razı qaldın?-Qadın yumutaların qabıqlarını ehmalca ovcuna yığmağa başladı.Alabəzək bildirçin balaları nəhayət bir yerə yığışıb balaca yumağa döndülər.
-Hamısımı çıxıblar -Məhəmməd kişi titrək səslə dilləndi-düz on bir dənədirlər!
-Hə,dolu yumurta qalmayıb,gedək,indi anaları gələcək.Qoy bir az qızınsınlar analarının istisində-Zəhra xala sevinclə ərinə qoşuldu...
-Acdırlar,yemək ver.
-Get ,indi gəlirəm.Yemək vaxtlarında çağıracağam,gəlib baxarsan-Zəhra xala güclə ərini həyətə çıxardı-Yuyun,bir çay içək...
-Bəs onlar?-Məhəmməd kişi iradından dönmədi...
-Get,narahat olma.İndi nəvələrin də oyanacaqlar-Zəhra xala gülümsədi
Məhəmməd kişi tələsik bir stəkan çay içib,evdən çıxdı.Fikri hində qalmışdı.Qapını aralayıb artıq sakitləşmiş kürt toyuğa baxdı.Körpələrin səs-küyü kəsilmişdi.Görünür anaları həyətə qaçanda üşümüşdülər.İndi də qanadlarının altına yığışıb mürgüləyirdilər.Balaca həyət iti Çubuş da sahibinin üzünə baxıb quyruğunu bulayırdı.Sanki ,,Pişikdən,sicovuldan arxayın ol buradayam,,-deyirdi.Məhəmməd kişi rahat nəfəsini çəkib iş-gücünün dalınca yollandı.
Bu quşcuğazlar bir neçə gün əvvəl Məhəmməd kişinin bütün varlığını lərzəyə gətirmişdilər.Tale ağsaqqal vaxtında günahsız günahkar etmişdi.Uşaqlıqdan təbiət vurğunu idi.Nə qədərquşlar tutub gətirmişdi.İstəmişdi evdə saxlasın.Anasının təkidi ilə təbiətin qoynuna qaytarmalı olmuşdu.Hələ də xatirindədir bu düzləri bəzəyən qırqovullar,kəkliklər,bildirçinlər.Sonra hara isə yoxa çıxdılar.Qalan bir bildirçinlər oldu.Onlar da insanla,zəmanə ilə döyüşməli oldular.Təbiətin bəxş etdiyi evlərində qonaq kimi.qorxa-qorxa yaşamaq məcburiyyətində qaldılar.Neyləsin Məhəmməd kişi?Həyat belə gətirib.
Səhər-səhər şeh çəkilməmiş ot biçmək həyatsevər Məhəmməd kişinin sevimli məşğuliyyətlərdən idi.Dəryazı axşamdan hazırlayıb həyətdəki tut ağacının budağından asar,bülövü göz görən yerə qoyardı.Bir çatışmayan cəhəti vardı ağsaqqalın,çox papiros çəkirdi.Daha doğrusu tüstülədirdi-ürəyinə almazdı.Odur ki,dolu qutu papiros,kibrit həmişə pencəyinin cibində olurdı.Suyu səhər doldurardı bardağa su daşından-sərin olsun deyə.O gün səhər ehmalca yatağından qalxdı.Tələsmədən su daşına yaxınlaşdı.Bardağı sərin su ilə doldurub tut ağacına tərəf addımladı.Dəryaz asılan budağın yanında dayanıb əlini cibinə saldı.Əzik papirosu barmaqları arasında ovxalaya-ovxalaya həyətə bir də göz gəzdirdi.Sakitlik idi.Kibriti yandırıb papirosu damağına qoydu.Bir anda güclə seçilən boz tütün tüstüsü göyə qalxdı.Bir qullab da vurub dəryazı ağacın budağından götürüb çiyninə atdı.Bardaq əlində,tüstülənən papiros damağında yarıaçıq darvazanın arasından keçib yola düzəldi.Səhərin yüngül mehi bir anda üzündə dolaşdı.Özü də hiss etmədən papirosu yarımçıq ağzından atdı.Ara-sıra xoruz banlaması,yarıyuxulu itlərin hürüşü bir azdan gün doğacağından xəbər verirdi.Fikri,xəyalı uzaqlarda dolaşsa da,ayaqları qoruğa tərəf aparırdı Məhəmməd kişini.Nəhayət dayandı.Dəryazı,bardağı yerə qoyub üfüqü yaran dan yerinə ötəri nəzər saldı.İşıqlaşır.Saat yarım vaxtı var.Bir papiros da yandırıb,yaxındakı nar kolunda gizlətdiyi şananı çıxardı.Əli ilə dünən biçilmiş otu yoxladı.Səhərin şehi qabarlı əlinə bir yumşaqlıq,yüngüllük gətirdi.Vaxt itirmək olmazdı.Şana ilə otu birnəfəsə lay-lay üst-üstə yığmağa başladı.On beş-iyirmi dəqiqədən sonra alaqaranlıqda balaca ot komaları yan-yana düzülüb zəhmətkeş Məhəmməd kişinin ürəyini oxşayırdılar.Gördüyü işdən həzz alırmış kimi şananı axırıncı ot komasının üstünə sancdı.Yerə atdığı pencəyini çiyninə atıb papirosunu axtardı.Yandırıb arxası üstdə yaxındakı komanın üstünə uzandı.Nəzərləri sonsuz səmaya dikildi.Dan ulduzu sönməkdə idi .Quşların ara-sıra oxumağı yay səhərini möcüzəyə çevirmişdi.Bir az nəfəsini dərib,bardaqdakı sudan doyunca içəndən sonra Məhəmməd kişi pencəyini ot komasının üstünə atıb dəryaza tərəf yollandı.Gün çıxmamış bir az biçmək lazım idi.Odur ki,vaxt itirmədi.Diqqətini toplayıb dəryazı aram-aram başını əymiş hündür otun kökünə yönəltdi.Ayaqdan-başa bir lay vurdu.Çevrilib baxdı.Həvəsləndi...
Məhəmməd kişi böyük həvəslə ,dayanmadan bir neçə lay da vurdu,su içdi,papiros çəkdi...Gün çıxırdı.Vaxt daralırdı.Dəryazın ağzını çəkib bülövü pencəyinin üstünə atdı...Əlləri işləsə də fikri uzaqlarda idi...
Səhərin sükutunu quş qanadlarının prıltısı pozdu.Səksəkələnən Məhəmməd kişi özünə gələndə təzə biçilmiş otun üstünə xırda boz lələklərin səpildiyini,bir az kənarda qan içində çabalayan bildirçini görüncə gözlərinə inanmadı.İxtiyarsız dəryazı qaldırdı.Səhərin işığında təzə bülövlənmiş ülgücün sonunda qan damlası asıldı.Dünyanın get-gəlini yaxşı bilirdi ağsaqqal.Çətin də olsa sinəsi doğranmış,ancaq hələki nəfəsi gələn quşun əzablarına son qoymaq üçün başını üzdü.Əlləri soyudu.Bildirçin ehtiyatlı quşdur.Son ana qədər uçmayıbsa səbəbi var. Ehtiyatla yan-yörəsinə boylandı.Nəhayət sıx otların arasında yerdən seçilməyən çil-çil yumurtalar gözünə dəydi.Boz çör-çöpdən qurulan yuvada bir düjün yumurta vardı.Hər şey aydın oldu Məhəmməd kişiyə.Bildirçin bala çıxarmağa hazırlaşırmış.İsti yumurtalardan birini götürüb yoxladı.Ağır və dolu yumurtalar tezliklə həyata körpə quşcuğazların gələcəklərindən xəbər verirdilər.
Haradansa yadına həmişə əl-ayağa dolaşan,səhər-səhər Məhəmməd kişi ilə gəzməyə çıxan ,,Çubuş,, düşdü.Burda olsaydı yəqin ki,bu faciə də baş verməzdi.Çubuşun da qəribə xasiyyəti var.Lazım olmayanda həmişə əl-ayağa dolaşır,ya da vəziyyəti elə yerdə korlasın ki,naləc durub baxasan.Bir dəfə axşam qazlar çöldən qayıtmamışdılar.Məhəmməd kişi hər ehtimala qarşı kəndin qırağına çıxıb gələcəkləri yolla qarşılamağa getdi.Çubuş da böyründə idi.Uzaqdan qazların səsini eşidib ağsaqqal bir az sakitləşdi.Özləri görünməsə də səs-küyləri yaxından gəlirdi.Çubuş da sevincək qulaqlarını şəklədi.Zingildəyib sevinclə qazlara tərəf cumdu.Bir anda ara qarışıb,məssəb itdi.Qaranlıqda Çubuşu tülküyə oxşadan çarəsizlər bir anda havaya qalxdılar.Qırx beş qazdan cəmi bir neçəsi tapıldı.
Məhəmməd kişinin yadından heç vaxt çıxmaz Çubuşun tülküyə hücumu.Payızın axırında kəndin kənarında qoyun otarırdı.Nar kollarının arasından şələquyruq tülkü çıxdı.Çubuş hürə-hürə tülküyə tərəf götürüldü.O da öz növbəsində dönüb qaçdı.Arxasınca isə Çubus özünü kolluğa vurdu.Məhəmməd kişi fərəhindən zövq almamış,gülməkdən əlindəki çomağa söykəndi.Bir azdan kolluqdan quyruğunu qısıb qaçan Çubuş,arxasınca qəzəblə vaqqıldayan tülkü göründülər.Tülkü iti qovurdu.Çubuş arxasına baxmadan sahibinin düz yanına qaçdı.Dayanıb tülküyə baxdı.Var gücü ilə hürərək ehtiyatla irəli-geri qaçmağa başladı.Tülkü gözdən itəndən sonra Məhəmməd kişinin yanında uzanıb mürgülədi.Beıə Çubuşdur.Bir dəfə böyük itlərin hücumuna məruz qalıb ürəyi də gedib.Bircə iş əlindən yaxşı gəlir,quşları qorxuzub uçurmaq.Bu səhər onu da etmədi.Təbəssüm qarışıq həyəcan hissələri ilə Məhəmməd kişi vaxt itirmədən yumurtaları papağının içinə yığdı,bildirçinin tüklərindən bir az yolub üstlərinə tökdü.Tələsik papağı cübbəsinə büküb evə yollandı.
Təzə yxudan duran Zəhra xala ərini görəndə qorxdu.Kişinin sifətində qan yox idi.Cübbə ilə örtülmüş papağını əlində tutan Məhəmməd kişi təşvişdən nə deyəcəyini bilmirdi.
-Nə olub,ay kişi?Yoxsa əlini dəryazla kəsmisən!?-Zəhra xala ehtiyatla soruşdu.
-Yox!...Bax...-bir əli ilə cübbəni papağın üstündən götürdü.
-Ay kişi,bu quş tükünü neyləyirsən?-Təəccübünü gizlədə bilmədi.
-Yaxşı bax tükün altına.Dəryazla bildirçini doğradım...
-Necə yəni doğradım?-Zəhra xala bir az da heyrətləndi.
-Yuvasını görmədim...-Kişinin artıq səbiri tükənirdi. Çil-çil yumurtalar tükün altında səbirsizliklə düşdükləri dərdə çarə gözləyirdilər.
-Ört üstlərini-Zəhra xala hinə tərəf yollandı.Heç nə anlamasa da,Məhəmməd kişi ömür-gün yoldaşının sözlərinə tabe oldu.
Ağ toyuq alaqaranlıqda yarıyuxulu,yüngülcə qaqqıldayıb sakitləşdi.Zəhra xala ehtiyatla qutudan götürüb yerə qoyanda fürsıtdən isifsdə edib su içmək və bir az qanadlarını açmaq üçün həyətə qaçdı.Məhəmməd kişi işi dərhal anladı.Ağ toyuğa qalıb əlac.Zəhra xala xırda bildirçin yumurtalarını ehmalca toyuq yumurtalarının kənarına düzdü.
-Sınacaqlar-ağsaqqal uşaq sualından qalmadı.
-Narahat olma...
-Onlar ki,belə cılızdırlar...-Məhəmməd kişinin sözü ağzında qaldı
-Bilirəm-Zəhra xala əlini saxlamadan ərini sakitləşdirdi-Cübbəni geyin,səhərin soyuğudur.Yuyun.Yaxşı kəkotu çayı dəmləmişəm.
Nəhayət,sakitləşən Məhəmməd kişi səssiz-səmirsiz həyətə çıxdı.
Çay içə-içə başına gələn bu oyunu Zəhra xalaya ətraflı danışdı.Qərara gəldilər ki,bu söhbət öz aralarında qalsın.Nəvələri bilsə,yazıq toyuğun hayına.Böyük səbirsizliklə gözlədilər.Nəhayət hekayəmizin başladığı səhər açıldı.
Bir neçə gündən sonra bütün kənd bu əhvalatı danışırdı.Kimi sevinclə,kimi təəccüb hissi ilə qarşıladı.Məhəmməd kişini az maraqlandırırdı bu söz- söhbətlər.Ən böyük sevinci təbiətə bu gözəl quşların nəğmələrini və qaytarmaq idi.Bir insan kimi,borcundan çıxmışdı.Odur ki,bütün fikri-zikri bildirçin balaları ilə idi.Ayrıca qutuya köçürülmüş quşcuğazlara cürbəcür ot toxumları,böcəklər,kəpənəklər toplayıb gətirirdi hər gün.Balaca nəvəsi Fərqanə həvəslə şokalad da vermişdi bildirçin balalarına...
İlıq iyul səhərində Məhəmməd kişi əlində qutu otunu biçib götürdüyü qoruq yerinə doğru addımlyırdı.Tələsmirdi.Yan-yörədən gələn bildirçin nəğmələrini aramla dinləyir,ayrılıq saatını uzatmaq məqsədi ilə arabir ayaq saxlayırdı.Qutudakı quşcuğazlar ana laylası dinləyirmişlər kimi,şirin yatırdılar.Çubuş irəli-geri qaça-qaça Məhəmməd kişini müşayət edirdi.Lazım deyildi deyə,sahibindən əl çəkmirdi.
Nəhayət,Məhəmməd kişi mənzil başına çatdı.O gün yumurtaları yığdığı yerdə qutunu yerə qoydu.Körpələr yüngül həyəcanla bir-birinə qısılıb ara-sıra civildəşidilər.Ağsaqqal papiros yandırdı.Çubuş səhərin sərin havasını qoxulayır,arabir zingildəyərək hara isə uzaqlara baxırdı.
Məhəmməd kişi qutunu açdı.Quşcuğazlar oyanıb bir-birinə qarışmışsalar da,tezliklə sakitləşdilər.Bunu gözləyən ağsaqqal nəhayət ehtiyatla onları bir-bir ovcuna götürüb,yerə qoydu.Bu dələduzların xasiyyətinə bələd idi.Son görüşləri idi.İndi qaçıb gizlənəcəkdilər.Ağır hisslər kövrəltdi qəlbini.Öyrəşmişdi körpə bildirçinlərə.Üzünü yana çevirib bir papiros yandırı.Gözü alaqaranlıqda Murovun güclə seçilən qarlı zirvəsinə dikildi.
Özünə gələndə,gözlərinə inanmadı.Bildirçin balaları çığrışa-çığrışa çəkmələrinin üstündə oynaşırdılar.Çubuş da heyran-heyran tamaşa edirdi.
Məhəmməd kişi nitqi tutulmuş kimi durub baxdı.Nəhayət...
Bir neçə addımlıqda xırda kəpənək uçdu.Səhərin soyuğu,şeh qanadlarını ağırlaşdırdığından tezcə yerə qondu.Qəribə dünyadır-bir gözəllik başqasının qurbanıdır.Quşcuğazlar bir anda savaşa-şavaşa kəpənəyi bölməyə başladılar.Məhəmməd kişi gülümsəyərək ayağa qalxdı.Papiros yandırdı.Gözləri həvəslə qaçışan quşlarda olsa da,fikri yenə uzaqlara uçdu.Papirosun kötüyünü atıb boş qutunu yerdən götürdü.Çubuşa baxıb gülümsədi.Övladlarını qoynuna alan təbiət minnətdarlıq hissi ilə Məhəmməd kişinin üzünü ilıq səhər mehi ilə öpdü.Bir də yan-yörəsinə baxıb başı ilə Çubuşa ,,gedək,,işarəsi verdi.O da öz növbəsində quyruğunu bulayıb sahibinin qabağına düşərək kəndə tərəf yönəldi.
Sonralar bildirçin nəğməsi eşidəndə Məhəmməd kişi fəxrlə deyirdi,,Mənim bildirçinlərimdir.Oxuyurlar,,
İlham İdrisoğlu Brest 2011

Комментариев нет:
Отправить комментарий