Vəfasızmı,deyim mən bu dünyaya?!
Bir gün tərk edəndə tozlu yollarla
Hardan biləydim ki,qayıdacağam.
İllərlə yığışan xiffətlərimi.
Qoynuna sığılıb dağıdacağam.
Durub arx üstündə boylanacağam.
Bahar təravətli yarpız,reyhana.
Düşəcək yadıma oxley götürüb.
Pencərli kətələr çevirən ana.
Quzu otardığım çayırlı çəmən
Qol açıb həsrətlə qucaqlayacaq.
Əlvan sinəsini seyrə dalınca
Neçə xatilələr çiçək açacaq.
Vəfasızmı deyim,mən bu dünyaya?
Örtür vərəq-vərəq,gedən gün dönməz
Tanrım,nə yaxşı ki,xatirələr var.
Durmuşuq üzbəüz,qəhərli,dinməz.
Gözüm hey axtarır süfrənin üstə
Anamın qoyduğu ətirli çayı.
Deyərdi,evə gəl,darıxdım,oğul.
Otur yanımızda barı bu yayı.
Mən hardan biləydim,vəfasız dünya
Verdiyi neməti geri götürür.
Sanırdım illərim həyat bağında
Lalələr bəsləyir,nərgiz bitirir...
Sanki bir yuxuymuş bu fani dünya.
Taleyin külüngü ayıltmadı da.
İllərə nə var ki,lal axan çaydır...
Caçıma düşən dən oyatmadı da
Deyəndə səhnədir,baxıb keçərsən
Güldüm,nə yaşım var,tələsim hara?
Geri boylanınca,titrəyir qəlbim.
Can qurban edərəm,tozlu yollara...
İlham İdrisoğlu Brest 15.04.2012
Комментариев нет:
Отправить комментарий