Improvisasiya

Get Adobe Flash player

пятница, 13 апреля 2012 г.

Sən məni yuxuda çağır bir gecə


Sən məni yuxuda çağır bir gecə

Sən məni yuxuda çağır bir gecə
Götürüm qəlbimi, hüzruna gəlim.
Diz çöküm qarşında,təmənna edim.
Təki qayıtmasın sinəmə əlim.

Pıçılda,əsən meh yetirər xəlvət
Qoymaz sirrimizi bilsin bir kimsə.
Açıq pəncərəndən heyran baxaram.
Oyanma, bax belə şirin gülümsə


Ovcumda narahat tər bənövşələr
Gözləyir bu sirrli aylı gecəni
Səpilib o qıvrım tellərin üstə. 
Nura qərq etsinlər nazlı çöhrəni.
                  
Bir gecə yuxunda çağır sən məni.
Dadım taleyimin şirin payını.
Bir oxdur gözlərin dözə bilmirəm
Əhv eylə,ehmalca burax yayını.
     
Səhər dolaşanda eşq dünyamızı
Ətrin məftun edər,bihuş olaram.
Sən məni yuxuda cağır bir gecə.
Yuxulu dünyana heyran qalaram.

Dolanıb başına röyyalarında
Bircə busə üçün nələr etmərəm.
Gün doğar,ulduzlar üzünü örtər.
Xari bülbül kimi,güldən getmərəm...

İlham İdrisoğlu.Brest.13.04.2012
Qardaşım Elman Tovuzun şeirinin təbi aldı məni...


Комментариев нет:

Отправить комментарий