Improvisasiya

Get Adobe Flash player

понедельник, 18 июля 2011 г.

İncə dodaqlari dəydi alnıma.

İncə dodaqlari dəydi alnıma.

Gəldim görüşünə,yaman aldandım,
Yarımı gözləri yaşaran görgüm.
Sevgi diləyirdim,oda qalandım,
Hüsnü camalını pərişan gördüm.

,,Ay gülüm,,-səslədim,tutuldu dilim.
Əl verdim,əlinə yetmədi əlim.
Yamanca qəmlidir nazənin gülüm.
Yanağı gün kimi alışan gördüm.

Niyə belə dolğun ,hardandır bu qəm?
Ala gözlərində nədəndir yaş,nəm?
İstədim oxşayam,qoxlayam,öpəm
Üzündə inciklik dolaşan gördüm.

Süstəldi qollarım,düşdü yanıma:
,,Ay,gülüm,əhv eylə,küsmə qınama,,
İncə dodaqlari dəydi alnıma.
Naz ilə yanımda əyləşən gördüm.

Süzdü gözlərini şikayət ilə:
,,Bülbül belə baxmaz,əzizim,gülə,,
,,Bu hicran düynyamı çevirib külə,,
Deyəndə, alnını qırışan gördüm.

İlhamın dünyası sonsuz nağıldır.
Hərdən sevindirir,hərdən ağladır.
Oyandım,bu görüş yaman dağladı,
Göydə ulduzları sayrışan gördüm...

İlham İdrisoğlu.Brest 05 iyul 2010

Комментариев нет:

Отправить комментарий