Improvisasiya

Get Adobe Flash player

понедельник, 18 июля 2011 г.

Yaltaqlardan dəyəcək ox...

 Yaltaqlardan dəyəcək ox...

Ürəyimin parası qış
Acı dillər ucbatından.
Bir yanında güllər açmış,
Dünya gülər büsatından.

Nə oldusa ,,keçər,,- deyib,
Ürəklərdə saflıq gördük.
Hər göyçəyi mələk sanıb,
Sevgimizi quban verdik.

Yaxın sanıb könlümüzə,
Sevinclərə şərik etdik.
Hey güldülər üzümüzə,
Yalan sözə qurban getdik.

Sirdaş olan kədəri yox,
Sevinci də bölsün gərək.
Yaltaqlardan dəyəcək ox,
Kənar dolan,vermə ürək!

İncimirəm dostdan,vallah,
Kimə lazım özgə qəmi?
Kərəminə şükür,allah,
Alma kağız-qələmimi!
Onlar bölər sirlərimi!...

İlham İdrisoglu Brest 25.07.2010

Комментариев нет:

Отправить комментарий