Gülə də gül demərəm,naz eləyib inciməsə,
Baxıram gen səmaya,ay da gülür,naz eləyir
Gizlədir çöhrəsini,gah da açır,nur çiləyir.
Gecənin laylasına heyran olub,dondu könül,
Bülbülün nəğməsinə həmdəm olub yandı könül.
Oxudu taleyinin qismətini almaq üçün,
Eşqini agah edib,bir gecə də qalmaq üçün.
Gülə də gül demərəm,naz eləyib inciməsə,
Gözünü gizli süsüb,bu gecəni dinləməsə.
Neçə güllər eşidir sevgi dolu nəğmələri,
Neçə dillər açılır,məftun edir kəlmələri.
Ötüşür sirli gecə,Zöhrə yanır,gün döğacaq.
Səhəri kim güləcək,kimsə yanıb ağlayacaq.
O ürək fəxr eləsin,bu bəlaya düçar olub.
Sevgisi dustaq edib,dünyasına açar olub...
İlham İdrisoğlu 22.09.2010 Brest
Комментариев нет:
Отправить комментарий