Improvisasiya

Get Adobe Flash player

суббота, 9 июля 2011 г.

Tülkü və cücə

Tülkü və cücə

Fermanın düz yanında
Tülkü cücəni tutdu.
O qədər sevindi ki,
Özünü də unutdu

İstehzayla çevirdi:
,,Böyüyünə nə deyim,
Bir tikə ətin yoxdur,
Mən səni necə yeyim?,,

Cücə də azca aşın
Duzu deyilmiş,demə:
,,Tülkü lələ,inciyib,
Niyə batırsan qəmə
Dədəm maşallah yeyib
Yeriyə də bilməyir,
İstəyirsən,çağırım
İndi nahar eyləyir,,

Nəfisi üstün gəldi,
Xoruzu arzuladı,
Qoydu barının üstə
Cücəni yola saldı.

Çıxdı damın üstünə
Cücə tülküdən qaçdı.
Körpə qanadlarını
Yellədi,geniş açdı.

,,Tez ol,çağır dədəni
Gedirəm,vaxtım azdır,,
,,Ay tülkü,axı niyə
Ağlın belə dayazdır?
Bədbəxt oğlu,görmürsən
Fermada böyüyürəm,
Anamı tanımıram
Ha yandan gəlsin dədəm?,,

İlham İdrisoğlu 15.12.2010 Brest

Комментариев нет:

Отправить комментарий