Improvisasiya

Get Adobe Flash player

среда, 20 июля 2011 г.

Qurban olum.

        Bir lay lay çal,əziz anam!
Şən səsinə qurban olum.
Oxşa məni,yorulmuşam.
Nəfəsinə qurban olum!

Harda qaldı şirin çağlar?
Qurtararmı bu qayğılar?
Səni görcək kğnlüm çağlar
Nəfəsinə qurban olum.

                  Danışmadın dərd-qəmindən,
                  Pay ayırdınn sevincindən
                  Göz  yaşının qəlb göynədən
                  Giləsinə qurban olum.

       Kim itirsə zəhmətini,
       Tanrı verməz qismətini.
                         İlham deyir, qamətinin
                         Kölgəsinə qurban olum.


İlham İdrisoğlu Brest  1998
.

Комментариев нет:

Отправить комментарий