Improvisasiya

Get Adobe Flash player

среда, 20 июля 2011 г.

Gör nə qədər sirrləri var dünyanın!?

Gör nə qədər sirrləri var dünyanın!?

Gül üstündə gül bitirir,istəsə
Gör nə qədər sirrləri var dünyanın!?
Şən səsindən bülbül düşür qəfəsə,
Gör nə qədər sirrləri var düny

Su tökməklə quyu dolmur,a qarda
Qarın toxdur,gözlər doymur,a qard
Gözlər yatir,ürək uymur,a qarda
Gör nə qədər sirrləri var dünyanın!?
                        
 Lay lay çalır körpəsinə analar.
Qürub salır çıhrəsinə analar.
Çata bilmir  bəhrəsinə analar.
Gör nə qədər sirrləri var dünyanın!?
  
 Sevsə könül tikan üstdə rəqs edər.
 Bir baxışdan daş ürəyi əridər.
 Sınıq ürək sevinci də dərd edər 
 Gör nə qədər sirrləri var dünyanın!?
                           
Qanqal qalxır çölü,düzü götürür
Alaq otu bağ-bostanı itirir
Bənövşəni kol dibində bitirir
Gör nə qədər sirrləri var dünyanın!?
                        
Əbəs yerə kankan qazır torpağı.
 Hey çalışır,suya dəymir ayağı.
 Daş altından peydə edir bulağı.
Gör nə qədər sirrləri var dünyanın!?

Düşən dişə quymaq olur günahkar.
Ley yurdunda qarğa qalır sahibkar.
Düzlər yanır,dağlar başı çovğun,qar.
Gör nə qədər sirrləri var dünyanın!?

Bir torpağın,bir günəşin nəfəsi.
Bir ağacın,bir budağın bəhrəsi.
Acı,şirin,turş da olur meyvəsi.
Gör nə qədər sirrləri var dünyanın!?

Idrisoğlu başa güşmür bir işi,
Cahar-sələr hey ləngidir şeş-beşi.
Turş ayrana dəyişirik kişmişi.
Gör nə qədər sirrləri var dünyanın!?

                     İlham İdrisoğlu.  Brest  2007
                

Комментариев нет:

Отправить комментарий