Belə dünyadır
Belə dünyadır.
Hər gülün,hər çiçəyin
Çəməndə öz ətri var.
Ötən günün,saatın
Ömürdə öz sətri var.
Bülbüllərin məskəni
Sərçəyə qalsa əgər,
Basına yığışacaq
Özü tək boz sərçələr.
Qarğadan qartal olmaz.
Zirvələrə qonsa da.
Qartal həmin qartaldır
Qanadları sınsa da.
Azadlıq həsrətində
Bülbül fəрan eylədi.
Sahibi fərəhlənib
Qəfəsi təzələdi.
Ürəyə xal saldılar
Ancaq qaralanmadı.
Dil dedi:,,Mən gedirəm,,
Ürək aralanmadI.
Torpağa düşən dəni
Günəş bara yetirdi
Məhsulu yeyən sərçə
Ona da köks ötürdü
Ürəyin düz olsa da,
Həyat qırış-qırışdır.
Könüllərə toxunma,
Küsənləri barişdırr.
Körpəyə dil verdilər:
,,Anana nifrət eylə.
Bircə “Ana”çağırma
Xətrin nə çəkir,söylə,,
Atan bağışlar səni
Cavanlığın xətrinə
Həyatı duymaz insan,
Düşməsə min çətinə.
Ananın qayğuları
Gözlərində kök salıb.
Gündə min hala düşüb
Vaxt-vədəsiz qocalıb.
Bir şirinin xətrinə
Min acılar yeyənə.
,,Şirin nədir,,-deyiblər
Sən acıdan ye,yenə.
Mərdə quyu qazıblar
Ki, büdrəsin,yıxılsın.
Namərdlə yoldaş olma ,
Ki qəlbin də sıxılsın.
Dünya belə dünyadır
Hər kəsin öz adına.
Bəlkə min kərə yanıb.
Yaş qurunun oduna.
Sərvət ürəkdə olsun.
Duzda-çörəkdə olsun.
Yalan ayaq tutsa da,
Gücün gerçəkdə olsun.
Anlamayan anlamaz.
Daş ürəklər ağlamaz.
Aşıq kğnlün açmasa,
Telli sazı ağlamaz.
İllər saymIr ömürü.
Pas çürüdür dəmiri.
Oda qalanan təndir
Çörək edir xəmiri.
İlham İdrisoğlu. Moskva 1991
Belə dünyadır.
Hər gülün,hər çiçəyin
Çəməndə öz ətri var.
Ötən günün,saatın
Ömürdə öz sətri var.
Bülbüllərin məskəni
Sərçəyə qalsa əgər,
Basına yığışacaq
Özü tək boz sərçələr.
Qarğadan qartal olmaz.
Zirvələrə qonsa da.
Qartal həmin qartaldır
Qanadları sınsa da.
Azadlıq həsrətində
Bülbül fəрan eylədi.
Sahibi fərəhlənib
Qəfəsi təzələdi.
Ürəyə xal saldılar
Ancaq qaralanmadı.
Dil dedi:,,Mən gedirəm,,
Ürək aralanmadI.
Torpağa düşən dəni
Günəş bara yetirdi
Məhsulu yeyən sərçə
Ona da köks ötürdü
Ürəyin düz olsa da,
Həyat qırış-qırışdır.
Könüllərə toxunma,
Küsənləri barişdırr.
Körpəyə dil verdilər:
,,Anana nifrət eylə.
Bircə “Ana”çağırma
Xətrin nə çəkir,söylə,,
Atan bağışlar səni
Cavanlığın xətrinə
Həyatı duymaz insan,
Düşməsə min çətinə.
Ananın qayğuları
Gözlərində kök salıb.
Gündə min hala düşüb
Vaxt-vədəsiz qocalıb.
Bir şirinin xətrinə
Min acılar yeyənə.
,,Şirin nədir,,-deyiblər
Sən acıdan ye,yenə.
Mərdə quyu qazıblar
Ki, büdrəsin,yıxılsın.
Namərdlə yoldaş olma ,
Ki qəlbin də sıxılsın.
Dünya belə dünyadır
Hər kəsin öz adına.
Bəlkə min kərə yanıb.
Yaş qurunun oduna.
Sərvət ürəkdə olsun.
Duzda-çörəkdə olsun.
Yalan ayaq tutsa da,
Gücün gerçəkdə olsun.
Anlamayan anlamaz.
Daş ürəklər ağlamaz.
Aşıq kğnlün açmasa,
Telli sazı ağlamaz.
İllər saymIr ömürü.
Pas çürüdür dəmiri.
Oda qalanan təndir
Çörək edir xəmiri.
İlham İdrisoğlu. Moskva 1991
Комментариев нет:
Отправить комментарий