◊ Ay Ana!
Niyə ətəyindən tutub gəzəndə
Oxşadın saçımı,üzümdən öpdün.
Niyə saçlarıma sevinc düzədə,
Uçdun,uzaqlaşdın,əbədi getdin!?
Niyə bu dünyada tək qoydum məmi?
Ay ana,gözlərim ağlayır,ana!
İndi anladIm ki,qurumaz nəmi,
Bir ömür verərəm bircə adına,
Niyə tərpətdiniz bu ağrıları?
Anasız yaşamaq asandırmı ki?
Sonra xatırlayıb bu duyğuları
Ağlayan ürəyim susandırmı ki!?
Leyla xanım idi,xanımdan xanım,
İncə kəlmələri titrək dilində,
Məni ağlatmayın,qoymayın yanım,
Neçə kəlmələri qaldı dilində.
Dedi ,ömrümüzü illər ölçməyir,
Gülərdi həmişə,aldadıb bizi,
Yaşlarım qurumur,nisgil keçməyir,
Dərinmiş anamın sevgi dənizi.
İlham İdrisoglu 25.10.2010 Brest
Комментариев нет:
Отправить комментарий