◊ Ay Şuşa!
Ay Şuşa!
Qəlbim yanır,alovlara qalanır.
Yetişəydim bulağına,ay Şuşa!
Xatirələr görüşünə yollanır.
Yetişəydim qucağına,ay Şüşa!
***
Bir uşaqdım ayaq basdım yoluna.
Valeh oldum yamacına,yalına.
Ayaqyalın yollanaram qoynuna.
Yetişəydim dolağına,ay Şuşa!
***
Bizimləydin,qiymətini bilmədik,
Qorumadıq,aciz qaldıq,büdrədik.
Çınqıl ollam,ya qara daş,ya ləpik.
Yetişəydim çaylağına,ay Şuşa!
***
Sellər kimi qaynayaram,axaram.
Leysan olub düzlərinə yağaram.
Üz söykəyib, dil dolusu ağlaram.
Yetişəydim torpağına,ay Şuşa!
***
Niyə bizi ayri saldı bu illər?
Hanı dağlar,hanı xari bülbüllər?
Qiş səhəri yrəyimə yaz gələr.
Yetişəydim yaylağına,ay Şuşa!
***
İdrisoğlu camalına vurulub.
Ayrılıqdan gözüm kökü saralıb.
Dünya yaman zülmətləşib,qaralıb.
Yetişəydim çırağına,ay Şuşa!
İlham İdrisoğlu. Brest. 01.09.2009.
Комментариев нет:
Отправить комментарий