Improvisasiya

Get Adobe Flash player

воскресенье, 29 июля 2012 г.

Açarsan qəlbini duyana,dostum.


Açarsan qəlbini duyana,dostum.              
  
 
  Tənhalıq körpüsü necə uzunmuş
Durub ortasında ürəyim donmuş.
Hər yan qaranlıqdır,çıraqlar sönmüş
Üzümü tutum mən hayanə,dostum?

Tale bizdən əvvəl yazılıb hazır.
Bir qismət payızdır,başqası yazdır.
İnsan var dindirsən ürəyi buzdur.
Çətin ki,xoş sözdən oyana,dostum

Bir əlində sevinc,birində qəhər
Günəşli,çisginli açılır səhər.
Dərdini soruşan olsa bir təhər.
Açarsan qəlbini duyana,dostum.

İlham yaxşı görür ucuz kəsləri.
Alçaq dağdan gəlir uca səsləri.
Mərdlərə hökmdar etmə pisləri.
Salamı ver səni sayana,dostum.

İlham İdrisoğlu Brest 29.07.2012


Комментариев нет:

Отправить комментарий