Kövrəltməsin deyə,götürmə dedim.
Gülüm,yadındamı yadigar
verdim
Sevən ürəyimi,itirmə dedim.
İllər boxçasında bala dönəcək
Sənindir,üstümə gətirmə
dedim.
Gedirəm,anladım buz imiş
dünyan
Donarmış,sevgidən odlanıb
yanan.
İşdir,birdən ötüb,keçsəm
yanından
Bir də gizli məktub ötürmə
dedim.
İxtiyarsız baxıb geri dönəndə
O iki giləni sildin çöhrəndə.
Solğun çiçəkləri yolda görəndə.
Kövrəlməsin deyə,götürmə
dedim.
Eybi yox,nə fərqi yollar
ayrılır
Kim kimə nə verir,ya geri
alır?
Bilsən də ümidim bir sənə
qalır.
Əlini əlimə yetirmə dedim.
İlham bu alovu qəlbinə yığar
Üşüsən günəşdən bir az tez
doğar.
Hərçəndi üstünə nur,yağış
yağar.
Qəlbində tikanlar bitirmə
dedim.
İlham İdrisoğlu Brest
26.04.2012
Комментариев нет:
Отправить комментарий