Birdən sən sönərsən,ya mən yanaram.
Tufanlar qoparmır,ayaz soldurmur
Dünyamda kök salan naləc sevgimi.
Əvvəldən bilsəm də,sonsuzdur bu eşq.
Dolannam başıına pərvanə kimi.
Uçaram,alovun hey yandırsa da
Ehmalca köksünün üstə qonaram.
Gəl olaq qol-boyun,açılınca dan
Birdən sən sönərsən,ya mən yanaram.
Səni tapmaq üçün sonsuz xəyallar
Şirin xatirədən yelkənlər qurur.
O bircə şəklini,o son məktubu.
Ümid ehtiyatla ovcuma qoyur.
Dalğalı ümmanda itirdim səni
Niyə əllərini aldın əlimdən?
Bir eşq nəğməsiylə çağladı könül
Neçə xoş kəlməni saldın dilimdən...
İlham İdrisoğlu. 12.04.2012.Brest.
Комментариев нет:
Отправить комментарий