Improvisasiya

Get Adobe Flash player

понедельник, 18 июля 2011 г.

Zülmətdə pis,yaxşı seçmək olarmı?

◊ Zülmətdə pis,yaxşı seçmək olarmı?

A qardaş,bəxtindən inciyib küsmə,
Tale yazısından qaçmaq olarmı?
Nahaqdan kükrəyib,yalandan əsmə,
Dağdan atılmaqla ucmaq olarmı?

Gözlə mənliyini,haqqdan qayıtma.
Sadiq ol insana,dar gündə atma.
Bağışla mümkünsə,kini oyatma.
Zülmətdə pis,yaxşı seçmək olarmı?

Həyat bir körpüdür duyğular üstdə
Arzular,diləklər, qayğılar üstdə.
Ay İlham,qondarma ağıllar üstdə
Yaşayıb, dünyanı keçmək olarmı?

İlham İdrisoğlu Brest 19 may 2010

Комментариев нет:

Отправить комментарий