Bu caylar axıb gəlir.
Baharda qalxib gəlir.
Murovda tökülən qan
Kür üstə axıb gəlir.
Əzizim qismətinə
Mən heyran ismətinə.
Kim qıydı Azərimin
Qartali-Ismətinə!?
Əzizim,əlin yalin.
Olmasın dilin yalın.
Ağla,Ana torpağım!
Gedibdir igid Alın
Əzizim karvan döndü
Kor oldu,sarvan döndü.
Göylər oğlu Tofiqin
Ulduzu vaxtsız söndü.
Bu tufan gəldi,getdi
Qəlbimi dəldi,getdi.
Arzusu cıcək-cıcər
Fəxrəddin soldu,getdi.
Niyə talandın,dünya?
Oda qalandın,dünya.
Şahbazın gözlərinə
Zülməti saldın dünya?
Ilham Idrisoğlu Moskva 1993
Комментариев нет:
Отправить комментарий