Həqiqətə göz yumaraq yalandan
Yaza-yaza bu günlərə qalmışıq.
Düz yazılan hər kəlamdan,yazıdan
Poza-poza bu günlərə qalmışıq.
Bilməmişik düşmənçilik,xofluğu.
Əziz sanıb qardaşlığı,dostluğu
Hər gələnin baş altına yasdtığı
Düzə-düzə bu günlərə qalmışıq.
Gələndə birinin yaxşı sorağı
Bəxti kəsib,gur yananda çırağı,
Siçovul tək ayaq altdan torpağı
Qaza-qaza bu günlərə qalmışıq...
Beşilliklər yola saldıq zəfərli.
Torpağımız,suyumuzsa zəhərli
Anaları gözü yaşlı,qəhərli
Üzə-üzə bu günlərə galmışıq.
Haqqımızı allammmırıq illərlə,
Aldanırıq yalan,şirin dillərə
Qəbullarda gözləyərək illərlə
Bezə-bezə bu günlərə galmışıq.
Arxivlərdə kiflənibdir ədalət,
Addımbaşı rüşvətxorluq,mənfəət.
Görəndə birindən xoş üza hörmət
Yoza-yoza bu günlərə qalmışıq.
Qəhəd olub gpzümüzə yuxu da
Çalışmışıq qızmar gündə.ayazda.
Böluşüblər kölgəlikdə.bağçada,
Dözə-dözə bu günlərə qalmışıq
İlham İdrisoğlu 14.01.1988 Moskva
Комментариев нет:
Отправить комментарий